“Azərbaycan-Ermənistan dövlət sərhədində 110 döyüş məntəqəmiz var“ - ABBAS XƏLİLOV

“İşğaldan azad edilən ərazilərdə DSX tərəfindən geniş işlər görülüb. Azərbaycan-İran sərhədində 14 zastavanın fəaliyyəti bərpa olunub”. SİA-nın xəbərinə görə, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində 110 döyüş məntəqəmiz var: “Hazırda orada xidmət davam edir. Ərazilərin minalardan təmizlənməsi üzrə də kifayət qədər işlər görülüb və görülür”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...