Binəqədidə Beynəlxalq Gənclər Günü qeyd olunub FOTOLAR

Binəqədi rayonunda 12 Avqust Beynəlxalq Gənclər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə millət vəkili Səbinə Xasayeva, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi rəisinin birinci müavini Aydın Yusifov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, Binəqədi rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov, Vətən müharibəsi iştirakçısı qazi Ceyhun Sədrayev, Vətən müharibəsi qəhrəmanı şəhid polkovnik-leytenant Anar Şükürovun oğlu fəal gənc Ümid Şükürlü və fəal gənclər iştirak ediblər.Tədbir dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda canlarından keçənlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edildikdən və Dövlət himninin səslənməsindən sonra açıq elan olunub.

Tədbiri giriş sözü il əçan YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva qonaqları salamlayaraq, gəncləri bayram günü münasibətilə təbrik edib. Bildirib ki, ölkəmizdə gənclərə yüksək diqqət və qayğı göstərilir, bütün sahələrdə gənclərin iştirakına təkan vermək məqsədilə geniş imkanlar yaradılıb.Daha sonra çıxış edən millət vəkili Səbinə Xasayeva avqustun 12-nin dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunduğunu bildirib və gənclərə uğurlar arzulayıb. Çıxış edən Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi rəisinin birinci müavini Aydın Yusifov Azərbaycan bir çox sahələrdə olduğu kimi, dövlət gənclər siyasətində də bir çox ölkələri, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlamışdir. YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxışında bildirib ki, xalqımızın Ulu Öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.

Sonda çıxış edən Vətən müharibəsi qəhrəmanı şəhid polkovnik-leytenant Anar Şükürovun oğlu fəal gənc Ümid Şükürlü və Vətən müharibəsi iştirakçısı Qazi Ceyhun Sədrayev bildiriblər ki, dövlətimizin şəhid ailələrinə, qazilərə və gənclərə göstərdiyi diqqət və qayğı danılmazdır.Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov gənclərə uğurlar arzulayıb öz tövsiyələrini veriblər. Rayonun ictimai işlərində fəal iştirak edən bir qrup gənc Fəxri Fərman ilə təltif olunub. Tədbir bədii hissə ilə davam etdirilib.

Zümrüd Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə