Erməni barbarlığının növbəti sübutu: TƏHLİL

Arayikin “nümayəndəsi” erməniləri Laçındakı evləri yandırmağa ÇAĞIRDI

Bu gün terrorçu və işğalçı Ermənistanın barbarlığı, vandallığı heç də təəccüb də doğurmur. Çünki terrorçu Ermənistan bütün dünyada işğalçılıq siyasəti ilə qəbul edilir. Azərbaycan isə həmişə haqq və ədalətin bərpası uğrunda mübarizə aparıb. Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı İkinci Vətən Müharibəsində Ali Baş Komandanımız, Prezident İlham Əliyev diplomatik siyasəti, Müzəffər Ordumuzun gücü, rəşadətli əsgər və zabitlərimizin şücaəti nəticəsində işğal altında olan torpaqlarımızın həsrətinə noyabrın 10-da son qoyuldu. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal olunan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi. Beləliklə, 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Şuşa azad edildikdən dərhal sonra, noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad olunası barədə ölkə ictimaiyyətini məlumatlandırdı. Beləliklə, hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi. Bu, Azərbaycan xalqının şanlı qələbəsidir.

ERMƏNİ VANDALİZMİ ONLARIN FAŞİST MAHİYYƏTİNDƏN İRƏLİ GƏLİR

Bu gün də erməni fandalizminin davam etməsi onların faşist mahiyyətindən irəli gəlir. Qarabağ və ətraf rayonlarımızı işğal altında saxladığı illərdə Ermənistanın yaşayış məntəqələrimizi xarabalığa çevirməsi, bütün infrastrukturu dağıtması, məscidlərimizi, qəbiristanlıqlarımızı təhqir etməsi, tarix və mədəniyyət abidələrimizi yer üzündən silməyə cəhd göstərməsi və bu günlərdə separatçı-terrorçuların rəhbəri Arayik Arutunyanın “nümayəndəsi” erməniləri Laçındakı evləri yandırmağa çağırışı bir daha ermənilərin faşist mahiyyətindən irəli gəldiyinin göstəricisidir. Belə ki, Qarabağdakı Rusiya hərbçilərinin müvəqqəti nəzarətində yerləşən Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşan ermənilər narahat günlər yaşayırlar. Ermənistan mediası yazır ki, Qarabağdakı separatçı rejimin “ərazi və infrastruktur naziri" Hayk Xanumyan Laçın şəhəri, Zabux və Sus kəndlərində yaşayanlara evləri tərk etmək üçün avqustun 25-dək vaxt verildiyini deyib.Ermənistan mediasına görə, sözügedən yerlərdə yaşayan ermənilər bildiriblər ki, “Laçın dəhlizi” avqustun 25-də Azərbaycanın nəzarətinə keçəcəyindən həmin yaşayış məntəqələri boşaldılır. Həmçinin bildirilir ki, Qarabağdakı separatçılar Laçın şəhəri, Zabux və Sus kəndlərində təxribatlar törətməyə çalışırlar. Belə ki, separatçı-terrorçuların rəhbəri Arayik Arutunyanın “xüsusi nümayəndəsi” Vahan Badasyan “Hraparak” qəzetinə bildirib ki, Laçın şəhəri, Zabux və Sus kəndlərindəki ermənilər yaşadıqları evləri tərk edərkən onları yandırmalıdırlar. Azərbaycan tərəfi "Laçın dəhlizi”nə alternativ çəkilən yeni yolda işləri yekunlaşdırmaq üzrədir. Tikinti işləri bitəndən sonra Rusiya sülhməramlı qüvvələrinin "Laçın dəhlizi”ndən yeni yola keçirilməsi nəzərdə tutulur. "Laçın dəhlizi"nə alternativ olan 32 kilometrlik yeni yolun inşası Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Sənədə görə, Laçından yan keçən və Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirən yeni yol 3 il ərzində hazır olmalıdır.Xankəndini Ermənistanla birləşdirəcək Laçın şəhərindən yan keçən yeni yol istifadəyə veriləndən sonra Laçın şəhəri və rayonun hazırda rusların nəzarətində qalmış kəndləri Azərbaycanın nəzarətinə qaytarılacaq. Söhbət "Laçın dəhlizi" adlandırılan 5 kilometr enindəki zolaqda yerləşən Laçın şəhəri və rayonun 6 kəndi - Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabuxdan gedir. Hazırda bu yaşayış məntəqələrinin 3-də - Laçın şəhəri, Zabux və Sus kəndlərində ermənilər qanunsuz məskunlaşıblar.Bu baxımdan da, Qarabağdakı Rusiya hərbçilərinin müvəqqəti nəzarətində yerləşən Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşan ermənilər narahat günlər yaşayırlar. Göründüyü kimi, tarixinə hörmətsizlik nümayiş etdirilməsi təcavüzkarın təkcə Azərbaycana deyil, bütün dünya sivilizasiyasına nifrətindən xəbər verir. Bu, erməni vandalizminin həddi-hüdudunun, miqyasının olmadığını göstərir, işğalçının xislətindən, faşizm mahiyyətindən irəli gəlir. Çünki ermənilər tərəfindən bu cür barbar əməllər törədilməklə -azərbaycanlılara aid maddi-mədəni irs yerlə bir edilməklə soydaşlarımızın bu ərazilərdəki tarixiliyinin, mədəni kimliyinin itirilməsi məqsədi güdülüb. Xüsusi əhəmiyyətə malik unikal abidələrə belə vəhşi münasibət dünya mədəni irsinə qarşı yönələn təhdid olmaqla bərabər, həm də azərbaycanlılara yönələn kin-küdurəti, nifrəti ifadə edib. Beynəlxalq təşkilatlar, dünya birliyi tərəfindən isə insanlığa qarşı bu cür bəşəri cinayətlər təəssüf ki, susqunluqla qarşılanıb. Ancaq bu işğalçı dövlət anlamalıdır ki, onların bütün bu vandal, barbar əməlləri dövlətimizin gücü ilə aradan qaldırılacaq, dağıdılan maddi-mədəni irsimiz yenidən bərpa olunacaq. Prezident İlham Əliyevin işğaldan azad edilən rayonlara səfərləri zamanı etdiyi çıxışlarda səsləndirdiyi fikirlərdə də bu məqam xüsusi yer tutur. Dövlətimizin başçısının vurğuladığı kimi, necə birlik, həmrəylik göstərib torpaqlarımızı azad etdik, həmin birlik sayəsində də bərpa, quruculuq işlərini həyata keçirəcəyik. Ərazilərimiz bərpa planına uyğun olaraq yenə də əvvəlki vəziyyətinə qayıdacaq, torpaqların potensial imkanından istifadə edilməklə regional inkişaf proqramlarının uğurlu icrası daha da sürətlənəcək, Qarabağın yaraları sağaldılacaq, bu ərazilər cənnət məkana çevriləcək. Ölkə başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin Ermənistana dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq Ermənistan hakimiyyəti bu xəbərdarlıqlardan heç bir nəticə çıxarmır. Ermənistan hakimiyyəti, erməni xalqı və revanşist erməni qüvvələri birmənalı şəkildə anlamalıdır ki, törətdikləri istənilən təxribatın qarşısı müzəffər və qalib Azərbaycan ordusu tərəfindən layiqincə alınacaqdır. Avqustun 3-də Müzəffər Azərbaycan Ordusu tərəfindən həyata keçirilən “Qisas” əməliyyatı da bir daha bu deyilənlərə bariz sübutdur. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdıldı, xeyli sayda qanunsuz erməni silahlı dəstələrinin canlı qüvvəsi məhv edildi və yaralandı, düşmənin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edildi. Ermənistan hakimiyyəti bir daha anlamalıdır ki, «Dəmir Yumruq» yerindədir və istənilən zaman başlarına enə bilər. Yaxşı olardı ki, İkinci Qarabağ müharibəsindəki biabırçı və ağır məğlubiyyətlərini unutmasınlar. Baş verən bütün təxribatların qarşısı rəşadətli Azərbaycan ordusu tərəfindən layiqincə alınacaqdır və təxribat xarakterli addımlar Ermənistanı peşman edəcəkdir. Bəşəriyyətə qarşı mənfur əməlləri ilə özlərini gələcəksizliyə məhkum etmiş ermənilərin dağıdıcılıq əməlləri isə cavabsız qalmayacaq. Onlar bu vəhşiliyə görə beynəlxalq məhkəmələr qarşısında cavab verməli olacaqlar. Azərbaycan 30 ilə yaxın dövr ərzində bu vəhşiliyi törətmiş Ermənistana qarşı təzminat davası açacaq. Ermənistan illərlə törətdiyi başqa cinayət əməlləri kimi, bu dağıntılara görə də cavab verməli olacaq. Çünki bizim apardığımız dava təkcə torpaqlarımızın azadlığı uğrunda deyil. Bu, bir haqq davasıdır. Ədalətin bərpası uğrunda aparılan savaşdır. Baş verən bütün təxribatların qarşısı rəşadətli Azərbaycan Ordusu tərəfindən layiqincə alınacaqdır və təxribat xarakterli addımlar Ermənistanı peşman edəcək.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə