Erməni barbarlığı nə zaman bitəcək? - DEPUTAT AÇIQLADI

“Ermənilər Qarabağda törədikləri vəhşilikləri əvvəlki dövrdə Ermənistanda olan Azərbaycan abidələrinə qarşı da ediblər. İndiki Ermənistan ərazisi vastilə Azərbaycan torpağı olub. Burada bizim bir çox məscid, dini abidələrimiz mövcud olub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bütün bu abidələrin hamısı ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb: “Söhbət yüzlərlə abidədən gedir. Məscidlərdən Sərdar məscidi tamamilə dağıdılıb, Göy məscid saxtalaşdırılaraq fars məscidi kimi təqdim olunur. Rəcəb Paşa məscidi, Təpəbaşı məscidi, Dəmirbulaq məscidi də buraya daxildir.

Burada çoxlu sayda azərbaycanlılara məxsus qəbiristanlıqlar, saraylar və tarixi mədəniyyət abidələri ermənilər tərəfindən barbarcasına dağıdılıb. Bu bir daha onu göstərir ki, Ermənistanın Azərbaycan mədəniyyətinə və irsinə qarşı olan barbarlığı davamlı xarakter daşıyır”.

Deputat sözlərinə belə davam edib: “Bu gün beynəlxalq təşkilatlar bu məsələyə heç bir münasibət və reaksiya bildirmirlər. Bu da Ermənistanı yenidən eyni vəhşilikləri törətməyə sövq edir.

Onu da qeyd edək ki, təkcə İrəvanda yox, Zəngəzurda da bu vəhşiliklər törədilib. Bura da tarixi Azərbaycan ərazisi olub və yüzlərlə abidələrimiz barbarcasına məhv edilib. Bu onu göstərir ki, bunlar Ermənistanın davamlı siyasətidir. Beynəlxalq qurumlar bu məsələyə öz münasibətini bildirməlidir ki, Ermənistan vəhşiliklərə davam etməsin".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə