11-ci Dünya Oyunlarında Azərbaycan idmançılarının qələbəsi - TƏHLİL

Dövlət başçısının Sərəncamı ilə ən yüksək nəticələr göstərmiş idmançılarımız və onların məşqçiləri mükafatlandırılıb

Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan istər beynəlxalq yarışlarda iştirakı, istərsə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə böyük nüfuz qazanıb. Dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilən Azərbaycan yüzlərlə beynəlxalq yarışlara ev sahibliyi etməklə yanaşı, beynəlxalq aləmdə təşkil olunun idman yarışlarında da iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb.
Bu günlərdə ABŞ-ın Birmingem şəhərində keçiilən 11-ci Dünya Oyunlarında Azərbaycan idmançıları də iştirak edib. 36 idman növü üzrə multi-idman oyunlarında 103 ölkənin nümayəndələri iştirak edib. Azərbaycanı idmançıları da Oyunlarda təmsil olunublar. Həmişə olduğu kimi, 11-ci Dünya Oyunlarında idmançılarımız uğur qazanıblar. "Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, birinci yeri tutmuş idmançı – 20000 manat, onun şəxsi məşqçisi – 10000 manat, həmin idman növü üzrə baş məşqçi – 10000 manat, üçüncü yeri tutmuş komanda – 20000 manat, komandanın hər bir məşqçisi – 5000 manat ayrılıb. Bu, bir daha sübut edir ki, Azərbaycan idman ölkəsidir.
Vurğulamaq yerinə düşər ki, ölkəmizdə idmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq yarışlarda daha böyük uğurlar əldə etməyə imkan yaradır. Mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda yeniləri inşa edilir. Bu da gəncləri idmana olan marağını daha da artırır və mövcud şərait onları daha da ruhlandırır. Son illərin idman nailiyyətlərinə nəzər yetirdikdə bir daha şahidi oluruq ki, Azərbaycan bütün beynəlxalq yarışlarda ən yüksək pillələrdə özünü təsdiq edib. Başqa sözlə, idmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur. Birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanmağa müvəffəq oldular. IV İslam Həmrəyliyi Oyunlarında isə idmançılarımız 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. İkinci Avropa Oyunlarında Azərbaycan millisinin 10-cu yerdə qərarlaşması idmanımızın növbəti uğuru oldu. 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq, komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşdı. Komandamız Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurdu. Bütün bunlar Azərbaycanda idmana dövlət qayğısının müsbət nəticələrini və idmanın inkişaf səviyyəsini əyani göstərir.
Azərbaycan idman ölkəsi statusunu qoruyub saxlayır. Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümü idman yarışlarında idmançılarımızın qələbəsidir. Qalib Azərbaycanın qalib idmançıları bu gün müzəffər xalqı təmsil edən idmançı olaraq Azərbaycan bayrağının qaldırırlar.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə