"Ev yandırmaq ənənəsi ermənilərdə geniş yayılıb" - POLİTOLOQ AÇIQLADI

"Ev yandırmaq ənənəsi ermənilərdə geniş yayılıb" - POLİTOLOQ AÇIQLADI

“Erməni mənbələrinə istinadən deyə bilərik ki, əsasən Zabuxda yaşayan ermənilər öz evlərini yandırmaq istəyirlər. Amma Qarabağda olan erməni nümayəndələri onlara bildirib ki, evlərini yandıranlara kompensasiya düşməyəcək”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, ev yandırmaq ənənəsi ermənilərdə geniş yayılıb: “Onlar həm azərbaycanlıların evlərinə daxil olduqda oranı yandırırlar, həm də çıxanda bunu edirlər. Bunu Kəlbəcər və Laçında da gördük. Böyük ehtimal bu təkrar olunacaq”.

Fərhad Məmmədov sözlərinə belə davam edib: “Artıq məlumatlar var ki, onlar meşələri keçməyə başlayıb. Bu da onun göstəricisidir ki, Ermənistan hökumətinin onlara hər hansı yardım göstərəcəyinə inamları yoxdur. Bütün bu hadisələr təkrarlansa, Azərbaycan bir daha nümayiş etdirəcək ki, ermənilər həm işğal dövründə, həm də indi bu torpaqlarla bağlılığı olmayan insanlardır. Əgər onlar buranı öz tarixi torpaqları hesab edirsə, bu torpaqlara ziyan vurmamalıdırlar. Biz artıq bunu bilirik və indi sıra dünyanın bunu öyrənməyindədir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə