"Ermənistan hərbi birləşmələrini Qarabağdan çıxarmalıdır" - HƏRBİ EKSPERT AÇIQLADI
“Qarabağda Ermənistan ordusunun, erməni hərbi birləşmələrinin silahlarının mövcudluğu 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndinə ziddir”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.
Onun sözlərinə görə, bu qısaca bəyanatın icra olunmamasıdır: “Bütün bu hadisələrdə yəni Azərbaycan ordusunun anti-terror əməliyyatını həyata keçirməsində əsas günahkar tərəf Ermənistandır və beynəlxalq təşkilatlardır. Digər tərəfdən bu məsələdə problemlərin həllinə yanaşma istiqamətində böyük yanlışlıq var. Müharibədən sonra Ermənistan-Azərbaycan-Rusiya arasında imzalanan üçtərəfli bəyanat Ermənistanın təslim olması demək idi. Lakin çox təəssüf ki, sonrakı mərhələlərdə vəziyyət dəyişdi. Ermənistan maksimum şəkildə mövcud vəziyyətdən yararlanaraq əvvəlki sistemi həyata keçirmək istəyir. Digər tərəfdən bəyanatda qeyd olunub ki, hər kəs öz mövqeyində qalacaq. Amma ermənilər qeyd olunan ərazilərdə hərəkətlilik nümayiş etdirir, təxribatlar həyata keçirir. Bunun özü hərbi əməliyyatların başlamasına rəvacdır.
Qeyd edim ki, Ermənistan bundan sonra proseslərə səthi yanaşmalıdır. Reallığı nəzərə alaraq müharibənin baş verməməsi üçün öz hərbi birləşmələrini Azərbaycan ərazisindən, Qarabağdan çıxarmalıdır. Əks təqdirdə vəziyyət getdikcə çətinləşəcək. Daha irimiqyaslı hərbi əməliyytların şahidi ola bilərik. Müharibənin qarşısını almaq üçün Ermənistan münaqişədən yayınmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB