“Erməni təxribatlarının dayanması ehtimalı indiki halda çox aşağıdır" - POLİTOLOQ ŞƏRH ETDİ
“Erməni təxribatların dayanması ehtimalı indiki halda çox aşağıdır. Çünki təkcə Ermənistanın deyil, həm də Ermənistan hökumətinin iradəsindən kənar güclərin bu məsələyə təsiri vardır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov bildirib.
Onun sözlərinə görə, Ermənistanda təkcə Paşinyan hökumətinin istəkləri həyata keçirilmir, eyni zamanda hökumət daxilində müəyyən xarici qüvvələrə işləyən tərəflər və mərkəzlərin də istəkləri həyata keçirilir: "Ona görə də həm Ermənistan-Azərbaycan dövlət sərhəddində, həm də rus hərbiçilərinin müvəqqəti nəzarət etdiyi Qarabağ bölgəsində tez-tez təxribatlar baş verir, atəşkəs pozulur. Düşünürəm ki, bunların qarşısını almağın ən doğru yolu məhz proseslərə digər dövlətləri cəlb etməklə nizamlamaq olar. Son Ukrayna hadisələrindən görürük ki, Rusiyanın əsas müttəfiq kimi ehtiyacı olan dövlətlərdən biri də Türkiyədir. Türkiyənin vasitəsilə Ukraynada vəziyyətin stabilləşməsi üçün addımlar atılır. Ona görə hesab edirəm ki, Qarabağ məsələsində də Ermənistan və Azərbaycan arasında atəşkəsin tam həll olunmasında Türkiyənin burada mövqe ortaya qoyması çox önəmlidir. Rusiya istəsə də, istəməsə də Cənubi Qafqazla bağlı maraqlarını qorumağa çalışacaq. Təbii ki, burada tərəflərin daimi gərginlik içərisində saxlanması, atəşkəsin tez-tez pozulması kimi hallar mütəmadi şəkildə davam edəcək.
Bizim hədəfimiz ondan ibarət olmalıdır ki, danışıqlar zamanı masada Avropa Birliyini, Türkiyəni görək və bununla bağlı balans yaradaraq prosesləri sülh istiqamətinə yönəldək. Amma indiki halda isə bu təxribatların qarşısını almaq çətindir. Yenidən anti-terror əməliyyatı keçirərək bu prosesləri nizamama salmaq olar, ancaq bu nizamasalma prosesi məsələnin tam həlli deyil. Qarabağdakı məsələni həll etsək də Ermənistanla sərhəd bölgələrdə atışmalar yenə də davam edəcək. Ona görə də bu məsələnin tam həlli üçün Avropa Birliyi və ABŞ, həmçinin Türkiyə bu məsələdə Azərbaycanı tam öhdəliyinə almalıdır. O zaman düşünürəm ki, bu təxribatların qarşısı alına bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB