Şəhid Ülvi Məmmədovun ailəsi ziyarət edilib FOTOLAR

Şəhid Ülvi Məmmədovun ailəsi ziyarət edilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının əməkdaşları, 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğlu, Quba rayonunun Alekseyevka kəndindən olan şəhidimiz Məmmədov Ülvi Vüqar oğlunun doğum günü ilə əlaqədar ailəsini ziyarət etmişlər. Ziyarət zamanı şəhidimizin xatirəsi ehtiramla yad edilib, güşəsinə baxış keçirilib, ailə üzvlərinin xatirələri dinlənilib, şəhidlik zirvəsinə ucalmış övladımızın hünərləri barədə, eləcə də şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söhbət açılıb. Şəhid ailəsinin qayğıları və problemləri ilə maraqlanılıb. Şəhid və qazilərimizin qələbənin təmin olunmasındakı fədakarlıqları Cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ən yüksək səviyyədə dəyərləndirildiyi, onları narahat edən problemlərin həlli ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirildiyi qeyd edilib. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Xatırladaq ki, Ülvi Məmmədov müharibənin ilk günündən Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. O, oktyabrın 21-də Xocavənd rayonunun Zoğalbulaq kəndində düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz oktyabrın 23-də Alekseyevka kənd qəbiristanlığında dəfn olunub. Subay idi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Ülvi Məmmədov ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında döyüş tapşırıqlarını şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, " Cəbrayılın azad olunması görə” medalları ilə təltif edilmişdir. Vətənimizin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olan bütün Şəhidlərimizin əziz xatirəsini ehtiramla anırıq. Məkanları cənnət, ruhları şad olsun. Nə qədər ki Azərbaycan xalqı yaşayır, Vətən yolunda canını qurban vermiş övladlarını heç zaman unutmayacaq, onların əziz xatirəsini qəlbində daim yaşadacaqdır. Allah bütün Şəhidlərimizə rəhmət etsin!

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə