"Prezidentin qarşıya qoyduğu tələblər çox əhəmiyyətlidir" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

"Prezidentin qarşıya qoyduğu tələblər çox əhəmiyyətlidir" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Ölkənin sürətli inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, insanlara qayğı və diqqəti artırmaq, tapşırılan işə məsuliyyət hissini artırmaq və bütün sahələrdə səmərəli islahatlar həyata keçirmək dövrün tələbidir və bu tələb hökumətin, hər bir dövlət məmurunun, vəzifəli şəxsin vəzifəsidir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı, Lerik və Göygöl rayon icra hakimiyyətləri başçılarının vəzifələrinə təyin olunması ilə əlaqədar qəbulu zamanı çıxışında bu məqamları bir daha gündəmə gətirib, son illər qəbul olunmuş dövlət proqramlarının, mühüm layihələrin, həyata keçirilən əməli tədbirlərin məhz bu istiqamətə yönəldildiyini bildiribdir.

“Əlbəttə ki, 2003-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla və sistemli şəkildə həyata keçiriləməsi, bu gün də davam etdirilməsi şəhər və kəndlərimizin simasının tamamilə dəyişdirilməsinə, regionların mədəniləşməsinə təkan vermiş və əhalinin həyat şəraitinin yaxşılaşmasında mühüm rol oynamışdır. Elektrik enerjisi ilə bağlı təchizatın yaxşılaşdırılması, qazlaşmanın sürətləndirilməsi, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial layihələr uğurla icra olundu. Regionlarda çoxsaylı müasir yeni məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları tikilib istifadəyə verildi, geniş tikinti-quruculuq işləri görüldü, sahibkarlığın inkişafına böyük önəm verildi, yeni iş yerləri yaradıldı. Əlbəttə ki, bu layihələr bu gün də davam etdirilir. Sözsüz ki, bu uğurların əldə edilməsində icra orqanlarının da əməyi böyükdür.

Son illər idarəetmədə aparılan mühüm islahatlar və ölkə rəhbərinin icra orqanlarının qarşısında qoyduğu tələblər bu uğurları yüksəltməyə zəmin yaradır. Ona görə də Prezidentimiz öz çıxışında icra başçıları qarşısında insanlarla daim təmasda olmaq, onlara qayğı və diqqəti artırmaq, onlara diqqətlə yanaşmaq, sosial ədalət prinsipinə əməl etmək, şəhid ailələrinə, qazilərimizə ehtiramla yanaşmaq, onların xahişlərini vaxtında yerinə yetirmək, sahibkarlara dəstək vermək, neqativ hallardan uzaq olmaq, ictimai nəzarəti gücləndirmək kimi çox mühüm tələblər qoydu və bu tələblərin yerinə yetiriləcəyinə əmin olduğunu bildirdi. Ölkə rəhbərimizin qarşıya qoyduğuğ tələblər ilk növbədə insanların firavanlığı, sosial həyatı, zəmiyyətimizə zidd halların qarşısının alınması üçün çox əhəmiyyətlidir və əlbəttə ki, bu gələcək inkişafımıza, Azərbaycanın yüksəlişinə xidmət edir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə