Cəlilabadda şəhid Mirsəfa Mirəşrəfbəylinin məzarı ziyarət olunub FOTOLAR

Cəlilabadda şəhid Mirsəfa Mirəşrəfbəylinin məzarı ziyarət olunub FOTOLAR

YAP Cəlilabad rayon təşkilatının rəhbərliyi, aparat işçiləri və partiya fəalları 27 iyu1 2022-ci il tarixdə Cəlilabad rayon Badamağac kəndində şəhid Mirəşrəfbəyli Mirsəfa Mirbaba oğlunun doğum günü ilə əlaqədar şəhidin məzarını ziyarət etmiş, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanımızın məzarı üzərinə gül dəstələri düzmüş, əziz xatirəsini böyük ehtiramla yad etmişlər. Sonra tədbir iştirakçıları şəhidin ailəsi ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanmışlar. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə etmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə