"Yaxın gələcəkdə ağdamlılar öz doğma yurdlarına qayıdacaqlar" - POLİTOLOQ ŞƏRH ETDİ

"Yaxın gələcəkdə ağdamlılar öz doğma yurdlarına qayıdacaqlar" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ağdam rayonu respublikamızın ən böyük rayonlarından biri idi. Nüfuzu o zaman 153 min nəfər idi. Həmçinin Ağdam rayonu iqtisadi cəhətdən inkişaf etmiş rayon idi. Ağdamlılar hər zaman həmin zonada sayılıb-seçiliblər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana təcavüzü başladıqdan sonra onların ən böyük məqsədi Ağdamı ələ keçirmək idi: "Bildiyimiz kimi həmin dövrdə hakimiyyətdə AXCP-Müsavat cütlüyü idi. Həmin dövrdə milli ordu yox idi, başıpozuqluq var idi. Bu baxımdan Ağdamın müdafiəsi düzgün təşkil oluna bilmədi. Həmçinin həmin dövrdə Gəncə hadisələri, iyun qiyamı baş verdi və erməni işğalçıları ilə ağdamlılar üz-üzə qaldılar və Ağdamın müdafiəsi düzgün təşkil oluna bilmədi. Ən çox şəhid verən də Ağdam rayonu oldu. Ağdam 6 mindən çox şəhid verib. Hazərbaycan həmin dövrdə dillərə düşmüş qəhrəmanlarımız – Allahverdi Bağırov, Asif Məhərrəmov, Şirin Mirzəyev bu gün də bizim gəncliyimizə örnəkdirlər. 40 mindən çox ağdamlı döyüşlərdə iştirak edib".

Elşad Həsənov fikirlərinə davam edərək həmçinin qedy edib ki, Ulu Öndər hakimiyyətə gəldikdən sonra O, həm hərbi, həm də dövlət quruculuğuna başladı: "Atəşkəsin əldə edilməsinə nail oldu. Həmin dövrdən Ümummilli Lider Heydər Əliyevin qurduğu dayanıqlı inkişaf ordumuzun güclənməsinə, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdik. Ağdam 2020-ci il 20 noyabr tarixində işğaldan azad edildi. Hazırda Ağdamda quruculuq işləri gedir. Prezident İlham Əliyevin göstərişi ilə Ağdam şəhərinin baş planı hazırlandı. Hesab edirəm ki, yaxın gələcəkdə ağdamlılar öz doğma yurdlarına qayıdacaqlar”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə