“Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşıdır”, C.Borrell

Bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Cozep Borrell söyləyib
“Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşıdır”, C.Borrell

“Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşıdır. Azərbaycanla əməkdaşlığımız daha intensivləşib”. SİA-nın əldə etdiyi məlumata görə, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Cozep Borrell Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuata açıqlamasında söyləyib.

“Azərbaycan bizim üçün mühüm tərəfdaşdır. 19 iyulda Bakıda imzalanan Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji əməkdaşlıq barədə Anlaşma Memorandumunu bizə Azərbaycandan qaz idxalının həcmini iki dəfə artırmağa imkan verəcək. Bu, gələcəkdə Azərbaycanla Aİ arasında bərpaolunan enerji sahəsində əməkdaşlığa da yol açacaq.

Hazırda Azərbaycanla yeni tərəfdaşlıq sazişinə dair danışıqların vacib mərhələsindəyik. Bu yeni saziş bizim əməkdaşlığımızı və siyasi dialoqumuzu daha da gücləndirəcək. Avropa İttifaqı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini dəstəkləyir.

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan görüşü təqdir edirik.

Avropa İttifaqı Cənubi Qafqazda sülhü, tərəqqini təşviq edən, buna şərait yaradan bütün səyləri dəstəkləyir”.

Bütün xəbərlər Facebook səhifəmizdə