"10 ailənin qaytarılması həqiqətən də qürurverici haldır" - DEPUTAT ŞƏRH ETDİ

"10 ailənin qaytarılması həqiqətən də qürurverici haldır" - DEPUTAT ŞƏRH ETDİ

“44 günlük Vətən müharibəsində tarixi Zəfərdən dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərdə geniş bərpa və quruculuq işlərinə başladı və dövlətimizin ən böyük məqsədi keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına qaytarılmasıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı genişmiqyaslı tədbirlər planı çərçivəsində bu ərazilərdə görülmüş bərpa və quruculuq işləri nəticəsində həmin şəxslərin bu ərazilərə dönüşü baş tutdu:
“Zəngilanın Ağalı kəndinə 10 ailənin qaytarılması həqiqətən də qürurverici haldır. Bu Böyük Qayıdışımızın başlanğıcıdır. Ayın sonuna qədər 41 ailənin Ağalı kəndinə yerləşdirilməsi başa çatacaqdır. Amma növbəti aylarda da məcburi köçkünlərin bölgəyə yerləşdirilməsi prosesi davam etdiriləcəkdir. Bu əlbəttə ki, asan proses deyil.

Nəzərə alaq ki, ermənilər tərəfindən bu ərazilər minalanıb, təhlükə hələ də sovuşmayıb. Bu ərazilərin minalardan təmizlənməsi və bərpa-quruculuq işlərinin aparılması vətəndaşlarımızın tam rahat yaşayışını təmin etmək üçün çox vacib məsələlərdəndir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı işlər görülür. Çoxşaxəli tədbirlərin aparılması, infrastrukturun yaradılması, eyni zamanda yaşayış binalarının tikilməsini xüsusilə qeyd etmək lazımdır.

Nəzərə almaq lazımdır ki, 30 il ərzində bu ərazilər ermənilər tərəfindən darmadağın olumuşdur. Ona görə də bərpa-quruculuq işlərinin nə qədər çətin olduğunu təsəvvür etmək çətin deyil. Bütün bunlara baxmayaraq hər zaman Azərbayacan vətəndaşlarının maraqlarını düşünən dövlət başçısı cənab İlham Əliyev bu istiqamətdə də hərtərəfli tədbirlər həyata keçirməkdədir. Düşünürəm ki, yaxın gələcəkdə digər bölgələrimizə də vətandaşlarımızın qayıdışının şahidi olacağıq. Buradakı vacib məqamlardan biri də odur ki, bərpa olunan ərazilər müasir texnologiyalara cavab verən avadanlıqlarla təmin edilir. Düşünürəm ki, digər bölgələrdə də eyni tipli kəndlərin yaradılmasını müşahidə edəcəyik. Bu ərazilərə qayıdan vətəndaşlarımızı, soydaşlarımızı təbrik edirik. Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk ki, böyük zəfəri Azərbaycan tarxinə yazdı”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə