"Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan dövləti xarici siyasətində beynəlxalq təşkilatlarla qarşılıqlı səmərəli əməkdaşlığa hər zaman önəm verir". Bu fikirləri SİA-ya açıqlamısnda politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, Azərbaycanın xarici siyasət modeli beynəlxalq təşkilatlarla intensiv əməkdaşlıq perspektivləri açır: "Bunun nəticəsidir ki, bugün ölkəmiz beynəlxalq platformalarda önəmli təklif və təşəbbüslərlə çıxış edir, dünyada milli təhlükəsizliyin və sülhün qorunmasına dəyərli töhvələr verir. Bu təşkilatlar içərisində Avropa İttifaqı da mühüm yerə malikdir. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr ikitərəfli əməkdaşlıq, eləcə də Şərq Tərəfdaşlığı çərçivəsində çox uğurla inkişaf edir. Ermənistanla müəyyən məsələlərin həllini tapmasında Aİ-nin moderator statusunda iştirak etməsi, üçtərəfli görüşlərdə Azərbaycanın haqq işini müdafiə etməsi inkişafda olan əlaqələrin bariz nümunəsidir. Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır. Bu görüşdən sonra imzalanmış sazişə uyğun olaraq, enerji sahəsində əməkdaşlığın daha da inkişaf etməsi Azərbaycanın enerji sahəsində növbəti uğurlu addımlarında olacaq. Düzgün aparılmış enerji diplomatiyası sayəsində bugün ölkəmiz regionun enerji təhlükəsizliyinə önəmli töhvələr verir. Dünyanın bugünkü siyasi mənzərəsini göz önündə bulundursaq, enerji xəttlərinin diversifikasiyalaşdırılması və bu işdə ölkəmizin böyük payının olması dövlətimizin beynəlxalq imicinə əhəmiyyətli təsir göstərir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə