YAP Binəqədi rayon təşkilatında şəhid Kəlbiyev Telman Yadigar oğlunun ailəsi ilə görüş keçirilib. 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək, şəhidlik zirvəsinə ucalan Kəlbiyev Telman Yadigar oğlunun övladının 10 yaşı tamam olması münasibətilə doğum günü qeyd edilib.YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov şəhid övladı Elcan Kəlbiyevi doğum günü münasibətilə təbrik etmiş və dövlətimizin başçısı Cənab İlham Əliyevin hər zaman şəhid ailələri və qazilərimizə göstərdiyi diqqət və qayğıdan danışıb.Şəhid övladlarına ataları Telman Kəlbiyevin qəhrəmanlığından söhbət açan Vüsar İsmayılov şəhidlərimizlə Azərbaycan xalqının fəxr etdiyini bildirmiş və şəhidin övladlarına gələcək həyatlarında uğurlar arzulayıb.Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB