“Növbəti toqquşma Ermənistan üçün faciəvi olacaq” - AÇIQLAMA

“Növbəti toqquşma Ermənistan üçün faciəvi olacaq” - AÇIQLAMA

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə bir çox istiqamətlərdə çox dəqiq mesajlarını çatdırdı. Bu istiqamətlərdən biri və ən vacibi Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarının qalması ilə bağlı fikirlər idi ki, cənab Prezident İlham Əliyev bəyan etdi ötən 1 il 8 ay ərzində 10 noyabr bəyanatının 4-cü bəndinin tələbini Ermənistan kobud şəkildə pozaraq Azərbaycanın Qarabağ bölgəsində hələ də silahlı qüvvələrinin müəyyən tör-töküntülərini saxlamaqdadır”. Bunu politoloq Anar Əliyev “Səs” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, müşavirədə açıq şəkildə bəyan olundu ki, 10 noyabr bəyanatı ilə öhdəliklərin yerinə yetirilməsinə nəzarəti öz üzərinə götürən Rusiya da təəssüf ki, Ermənistana 4-cü bəndin tələblərini yerinə yetirilməsi ilə bağlı bu günə qədər ciddi təzyiqlər və ciddi təsir mexanizmləri həyata keçirməyib: “Bundan istifadə edərək arxayınlaşan Ermənistan da üzərinə götürdüyü bir çox öhdəliklər kimi silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması öhdəliyini də qulaqardına vurmağa çalışır. Amma Prezident İlham Əliyev Azərbaycan dövlətinin qətiyyətli mövqeyini ifadə etdi ki, Ermənistan öhdəlikləri yerinə yetirməyə məcburdur və ya bu öhdəlikləri yerinə yetirməyəcəksə, bu haqda bilməliyik və bundan sonra tədbirlərimizi, atacaq addımlarımızı biz bilirik nələr edəcəyik. Son dövrlər baş verən hadisələr xüsusilə də Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı səsləndirdiyi fikirlər, Rusiya federasiyasının Azərbaycandakı səfirinin nəhayət ki, uzun müddətdən sonra həm də keçmiş Minsk Qrupunun həmsədri olan ölkənin nümayəndəsi kimi Şuşaya səfər etməsi və eyni zamanda, İranın yüksək səviyyəli nümayəndəsi Əli Şamxaninin Bakıya səfəri və Azərbaycan Prezidenti ilə görüşdə torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbriklər səsləndirməsi onu deməyə imkan verir ki, bəli, artıq region dövləti də Azərbaycanın ortaya qoyduğu mövqe ilə barışmaqdan başqa yolları olmadığını qəbul edirlər. Bu səsləndirilən fikirlər, son dövlər baş verən hadisələr onu göstərir ki, bəli, Ermənistan üzərinə götürdüyü öhdəlikləri uzatmaq üçün artıq limitinin tükəndiyini qəbul edir və bundan sonra yalnız üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məcburiyyətində qalacaqdır. Əks halda Azərbaycan beynəlxalq hüququn ona tanıdığı sülhə məcburetmə hüquqlarından istifadə edərək düşməni üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etmə addımları həyata keçirə bilər. Bu ictimai və sadə dildə anti-terror əməliyyatları kimi də qiymətləndirilə bilər. Məhz Azərbaycan ordusu bir necə günlük anti-terror əməliyyatları həyata keçirməklə Qarabağdakı erməni silahlı qüvvələrinin tör-töküntülərinin təşkilah etmək qüdrətindədir”.

A.Əliyev onu da bildirdi ki, son günlər ki, Ermənistan mövcud şəraitdən yeni reallıqların irəli sürdüyü diktə etdiyi tələblərdən düzgün nəticə çıxaracaqdır və Azərbaycanı daha sərt addımlar atmaq məcburiyyəti qarşısında qoymayacaqdır: “Əks halda növbəti hərbi toqquşma hesab edirəm ki, Ermənistan xalqı və dövləti üçün çox ciddi faciələrlə nəticələnəcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə