Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov və YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev Vətən müharibəsi qazisi Novruzov Mobil Şahmar oğlunu ziyarət edib. Mobil Novruzov və ailə üzvləri ilə görüşən RİH başçısı və YAP Ağdam rayon təşkilatının sədri onların gündəlik qayğıları ilə maraqlanıb, sosial vəziyyəti ilə yaxından tanış olublar.
Görüşün sonunda Mobil Novruzov və valideynləri qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Zümrüd
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB