Biləsuvarda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb FOTOLAR

Biləsuvarda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb FOTOLAR

İyul ayının 15-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilatın əməkdaşı Samir Ağayev və Ağalıkənd kənd ərazi partiya təşkilatının sədri Oktay Məmmədov II Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda canından keçən, rayonun Ağalıkənd kəndindən olan şəhid Sadıqov Surac Ədalət oğlunun doğum günü münasibəti ilə ailəsini ziyarət ediblər. Görüşdə şəhidin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib və şəhid ailəsinin qayğıları ilə maraqlanılıb.Şəhidin valideyini onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Daha sonra kənd qəbirstanlıqında şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Sadıqov Surac Ədalət oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə