Ağdam rayonunda şəhid ailələri və qazilər ziyarət olunub FOTOLAR

Ağdam rayonunda şəhid ailələri və qazilər ziyarət olunub FOTOLAR

Müqəddəs Qurban bayramı günlərində Ağdam rayonunda şəhid ailələri və qazilər ziyarət olunub. Ağdam rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə müqəddəs Qurban bayramı münasibətilə Heydər Əliyev Fondu tərəfindən göndərilən bağlamalar Şəhid ailələri və Qazilərə təqdim olunmuşdur. Ağdam rayon icra hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və Ağdam rayon icra hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Samir Məmmədov rayon ərazisində yaşayan şəhid ailələrinin və qazilərin evlərinə gedərək, onları Qurban bayramı münasibətilə təbrik etmiş, qayğıları və problemləri ilə maraqlanmışlar. Şəhid ailələri və qazilər də onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə