“Tovuz döyüşlərinin hərb tariximizdə müstəsna əhəmiyyəti var”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.
Onun sözlərinə görə, bu döyüşlər Azərbaycan xalqının bir bayraq altında toplanmasının bariz nümunəsidir: “Bütün xalq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni vəhşiliyinə öz etirazını bildirdi. Hücuma keçən düşmənin əsas məqsədi Azərbaycanın qərb bölgəsini işğal etmək idi. Ermənistanın baş naziri Paşinyan və onun müdafiə naziri Amerikada yeni ərazilər iddia edirdi. Onlar Azərbaycan torpaqlarını işğal etmək istəyirdilər. Polad Həşimov kimi qəhrəman övladlarımız həmin gün Azərbaycanın ərazi bütövlüyünü təmin edərək öz canlarını qurban verdi. Generalımızın və hərbiçilərimizin şəhid olması Azərbaycan xalqını səfərbər etdi. Cənab Prezident Ali Baş Komandan bu hadisənin Vətən müharibəsində çox böyük rolu olduğunu qeyd edib. Təbii ki, 2016-cı ilin aprel hadisələri, eyni zamanda Polad Həşimovun və onun döyüş yoldaşlarının vətən uğrunda şəhid olmağı, Mübariz İbrahimovun qəhrəmanlığı bir sözlə bütün bu hadisələr qələbəyə aparan bir yol idi. 2020-ci ilin sentyabrından başlayaraq Azərbaycan dövləti əks hücuma keçdi və öz torpaqlarını işğaldan azad edərək bütün dünyaya ən güclü, ən vətənpərvər xalq olduğunu sübut etdi. Azərbaycan ordusunun peşəkarlığı bütün dünyaya bəyan oldu. Başda Ali Baş Komandan İlham Əliyev olmaqla xalqımız son 300 ilin ən böyük zəfərini əldə etdi. Bu qələbənin Azərbaycan tarixində müstəsna rolu var. Bu dünya hərb tarixinə qızıl hərflərlə yazılmış döyüş oldu. Bu müharibədə də aprel döyüşlərində, Tovuz döyüşlərində, 1-ci Qarabağ müharibəsində şəhid olan vətəndaşlarımızın qisası alındı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı arzu edirəm. Biz şəhidlərimizi unutmayacağıq, Azərbaycan şəhidlərini unutmayacaq. Onların qəhrəmanlıq ənənələrini davam etdirəcəyik, Azərbaycan daha da güclənək. Ərazi bütövlüyü təmin edər Azərbaycan gəkəcəkdə daha böyük uğurlara imza atacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB