"Münasibətlərin normallaşdırılmasında Aİ-nın rolu böyükdür" - DEPUTAT MÖVQE BİLDİRDİ

"Münasibətlərin normallaşdırılmasında Aİ-nın rolu böyükdür" - DEPUTAT MÖVQE BİLDİRDİ

"Bu gün Azərbaycan ilə Ermənistan arasında keçmiş münaqişənin həllində Avropa İttifaqı mühüm rol oynayır". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı dəfələrlə Brüssel Azərbaycan və Ermənistan dövlət başçıları arasında görüş keçirmiş və münasibətlərin normallaşması istiqamətində öz töhfələrini verməyə çalışıblar: "Avropa İttifaqı Azərbaycanın yaratdığı reallığı qəbul edir. Bu reallığı açıq-aydın dəstəkləyir. Bildiyimiz kimi əvvəlki dövrlərdə də dəfələrlə müzakirələr, görüşlər keçirilib. Avropa İttifaqı Ermənistana nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı, delimitasiya və demarkasiya ilə bağlı çağırışlar edib. Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə hər zaman maraqlı olub. Bu baxımdan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında Avropa İttifaqının rolu kifayət qədər böyükdür. Bu, ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə