“Ermənistanın sülhə getməkdən başqa yolu yoxdur” - DEPUTAT ŞƏRH ETDİ

“Ermənistanın sülhə getməkdən başqa yolu yoxdur” - DEPUTAT ŞƏRH ETDİ

“Üçtərəfli bəyanat imzalandıqdan sonra əsas vasitəçi moderator olaraq Rusiya iştirak edirdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.


Onun sözlərinə görə, Avropa İttifaqının bu prosesə töhfə vermək istəyini ortaya qoyması, Brüsseldə ardıcıl olaraq görüşlərin keçirilməsi onu deməyə imkan verir ki, Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin tanınması, kommunikasiyaların açılması, ümumilikdə Cənubi Qafqazda sülhün bərqərar olması üçün maraqlı tərəflərdən biridir: “Sonuncu Brüssel görüşündə də bir daha məlum oldu ki, görüş Azərbaycanın tərtib etdiyi gündəlik əsasında baş tutub.

Azərbaycanın qalib ölkəsinə baxmayaraq, sülhün təbliğ etməsi və Ermənistana sülh təklif etməsi həm Avropa İttifaqı tərəfindən, həmçinin digər beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılandı. Sonuncu görüşdə Ermənistan tərəfinə bir daha izah olundu ki, onun sülhə getməkdən başqa yolu yoxdur. Əks təqdirdə Ermənistan daha çətin və çıxılmaz vəziyyətə düşə bilər. Həmçinin əldə edilmiş razılığa əsasən tərəflərin tanınması üçün işçi qrupunun yaradılması prosesini ləngitmək olmaz.

Məhz sonuncu Brüssel görüşündən sonra həqiqətən də bu prosesdə canlanmanın şahidi olduq. Ümid edirik ki, növbəti Brüssel görüşünə qədər Azərbaycan və Ermənistan arasında sərhədlərin tanınması, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində də digər addımlar atılacaq. Yaxın zamanda baş tutacaq növbəti görüş hansısa sənədlərin imzalanması mümkün ola bilər. Bununla yanaşı biz unutmamaqlıyıq ki, Avropa İttifaqı yalnız Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşdırılması yox, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində daha aktiv iştirak etməsində maraqlıdır. Həmçinin Azərbaycanın şimal-cənub və şərq-qərb nəqliyyat dəhlizinin kəsişməsində yerləşməsi Azərbaycanı hazırda Çin-Avropa İttifaqı münasibətlərində, logistika xidmətlərinin göstərilməsində çox mühüm rol oynadığını hər kəs bilir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə