Vaxtilə işğal edilmiş Azərbaycan torpaqlarında zorla məskunlaşdırılmış ermənilər 44 günlük müharibədən sonra həmin əraziləri tərk etməli olublar. Bu gün həmin ermənilər beynəlxalq təşkilatların İrəvandakı ofisi önündə etiraz aksiyası keçirirlər. Tələbləri də onlara qaçqın statusunun verilməsidir.
1988-ci ildən sonra Hadrut və Şuşada məskunlaşdırılan ermənilər BMT-nin Ermənistandakı ofisi qarşısında onlara qaçqın statusu verilməsi tələbi ilə keçirilən etiraz aksiyasında onlar BMT-nin ikili standartlara əməl etməyi dayandırmasını və Qarabağın tanınmamasına baxmayaraq, burada yaşayan ermənilərin hüquqlarını qorumasını istəyiblər. Onlar qeyd ediblər ki, bizə dünya birliyi tərəfindən tanınmadığımızı səbəb kimi göstərirlər. "Lakin dünyada çoxlu münaqişə zonaları var, onların hüquqlarını qoruduqları və daxili işlərə qarışdıqları kimi, Qarabağda yaşayanlarla da maraqlanın və Azərbaycanın daxili işlərinə qarışın”, bunu 1994-cü ildən Şuşada məskunlaşdırılan Aşot Arutyunyan deyib.
Aksiyanın digər iştirakçısı, Artur Stepanyan bildirib ki, iki ildir qeyri-müəyyənlik içərisindədir və öz hüquqlarından istifadə edə bilmir (hansı hüquq- müəl.). Onun sözlərinə görə, BMT apolitik mövqe tutmağa çalışır və köçkünlərin problemlərinə mümkün qədər neytral yanaşır. Artur əmin olduğunu bildirib ki, ona qaçqın statusu verilsə öz evlərinə qayıda bilər: “Bizə deyirlər ki, bu, siyasi məsələdir və "Qarabağ hökuməti" bizim problemlərlə məşğul olmalıdır. İndi bizim dərdlərimiz heç kimin vecinə deyil, amma əraziləri təslim etmək lazım olanda bunu "Qarabağ" yox, Paşinyan edir”.
Bundan əvvəl Ermənistan hökumətinin binası yaxınlığında ermənilər etiraz aksiyası təşkil ediblər. Onlar həmçinin Ermənistan Xarici İşlər Nazirliyi, ABŞ və Fransa səfirlikləri yaxınlığında piketlər təşkil etmək niyyətindədirlər.
Xatırladaq ki, 44 günlük müharibə nəticəsində bir sıra digər ərazilər kimi Hadrut və Şuşada qeyri-qanuni məskunlaşdırılan ermənilər bu əraziləri tərk ediblər. 44 günlük müharibədən sonra həmin ermənilər vaxtaşırı etiraz aksiyaları keçirərək Ermənistan hakimiyyətindən onlara qaçqın statusu verilməsini tələb edirlər. Rəsmi versiyaya görə, bu vətəndaşlar Ermənistan pasportlarına malikdirlər, buna görə də onlar qaçqın statusu almaq üçün müəyyən edilmiş meyarlara cavab vermirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB