"Görüşə hazırlıqla bağlı müəyyən məsələlər müzakirə edilib” - POLİTOLOQ AÇIQLADI
“Avropa İttifaqı Şurasının moderatorluğu altında keçirilən Brüssel görüşlərində düşünürəm ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı böyük nəaliyyət əldə olunub”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Politoloq qeyd edib ki, 1-ci və 2-cü Brüssel görüşlərində Avropa İttifaqı Şurası tərəfindən verilən bəzi qərarlar var ki, Ermənistan bu qərarlardan boyun qaçırmaq istəyirdi: “Xüsusilə də Avropa İttifaqı Şurasının moderatorluğu ilə qaytarılan Ağdamın minalanmış ərazilərinin xəritələridir. Bu xəritələrin böyük bir qisminin saxta olduğu ortaya çıxdı. Bu da Ermənistanın Avropa İttifaqı Şuranının vasitəçiliyinə kölgə salmaq sayılırdı. Eyni zamanda hər 3 Brüssel görüşündə və qəbul edilən bəyannamələrdə 1-ci Qarabağ müharibəsində itkin və əsir düşmüş 4000 Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməsi ilə bağlı Avropa İttifaqı Şurası tərəfindən Ermənistanın üzərinə tələb qoyulmuşdu. Amma təəssüflər olsun ki, Ermənistan bu gün də bu məsələdən yayınmağa çalışır.
Düşünürəm ki, Şarl Mişelin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə sonuncu təması da Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi ilə bağlı olub. Eyni zamanda sonuncu Brüssel görüşündən sonra müsbət bir tendensiya ortaya çıxdı. Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı işçi qrup yaradıldı. Daha sonra həm sərhəddə, həm də Moskvada işçi qruplarının görüşü təşkil edildi. Sərhədlərin delimitasiyası bir qədər uzun proses olduğu üçün işçi qrupları daim müzakirə ediləcək bir məsələdir. Düşünürəm ki, bu görüşə hazırlıqla bağlı müəyyən məsələlər müzakirə edilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB