“Ermənistan ərazisindəki maddi-mənəvi irsimizi qəsdən məhv edir” AÇIQLAMA

"Tarixi Azərbaycan torpaqları üzərində yaradılmış indiki Ermənistan dövləti ərazisində maddi-mənəvi irsimizin sistemli şəkildə qəsdən məhv edilməsi prosesi bu gün də davam edir". "Həftə İçi" qəzetinin baş redaktoru Sevinc Seyidova "Səs" qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, İrəvandakı Azərbaycanın nişanəsi olan son abidə Təpəbaşı məhəlləsinin tamamilə məhv edilməsi istiqamətində atılan addımlar bu siyasətinin növbəti təzahürüdür. Bütün dünyanın gözü qarşısında ermənilərin İrəvanın, Qərbi Zəngəzurun, Göyçə mahalının və s. ərazilərimizin tarixini saxtalaşdırması, xalqımızın mirası sayılan maddi mədəniyyət irsimizin bir hissəsini məhv etməsi, digər bir qismini isə öz adına çıxması Azərbaycan cəmiyyətində hiddətlə qarşılanır: "Xalqımızda ikrah hissi oyadan digər bir məqam isə bu məsələdə Vətən Müharibəsindəki Zəfərimizdən sonra azad edilmiş ərazilərimizdə qondarma "erməni tarixi abidələrinin qorunmasının vacibliyi"ni önə çəkərək hər fürsətdə Azərbaycan dövlətinə təzyiq göstərməyə çalışan beynəlxalq təşkilatlar və dövlətlərin sərgilədikləri yanaşmadır. 30 illik işğal dövründə Azərbaycanın müraciətlərini heçə sayaraq keçmiş işğal olunmuş ərazilərimizdəki tarixi irsimizin araşdırılmasına yox cavabı verən YUNESKO indi "erməni abidələri"nin araşdırılması adı altında bölgəyə səfər etmək istəyir. Hər fürsətdə bu "tələb" gündəmə gətirilir. Ermənilərin Azərbaycanla sülh danışıqlarından yayınmaq üçün onların əlinə növbəti bəhanə verilir. Halbuki, Təpəbaşı məhəlləsinin timsalında biz Ermənistan ərazisindəki tarixi abidələrimizin məhv edilməsi siyasətinə qarşı bu dövlətlər və təşkilatlar tərəfindən hansısa etiraz bəyanatı və ya fikir səsləndirildiyinin şahidi olmuruq. Bu bir daha göstərir ki, Ermənistanın tarixi saxtalaşdırma siyasəti onun digər dövlətlərdəki himayədarları tərəfindən tam dəstəklənir. Bu ikili standarta son qoyulmalı və xalqımızın son iki yüz ildə məhv edilmiş maddi-mədəni irsi ilə bağlı real hüquqi qiymət verilməlidir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...