Orta Asiyada baş verən olaylarda kimlər maraqlıdır? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ümumiyyətlə qeyd etmək lazımdır ki, nə dünyamız, nə də region heç vaxt bu qədər gərgin bir dövr və vəziyyətdə olmayıb. Bu gün həqiqətən də geosiyasi vəziyyət kifayət qədər mürəkkəb və gərgindir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, ekspertlərin yanaşması müxtəlifdir: "Yəni, bunu hansısa dövlətlər və onların cəhdləri ilə əlaqələndirənlər var. Hesab edirəm ki, biz prosesə baxanda bölgədə cərəyan edən hadisələri müşahidə edib qiymət verməliyik".

Deputat sözlərinə belə davam edib: "Konkret fikir söyləmək mümkün deyil. Çünki burada müxtəlif ölkə və dövlətlərin maraqları var. Ona görə də məsələyə bir aspektdən yanaşmaq düzgün deyil. Bütün bölgə təhlil olunmalıdır.

Nəzərə almaq lazımdır ki, bütün bölgələrdə bu və ya digər formada bu proseslər gedir. Bir sıra dövlətlər digərlərində sabitliyin pzoulmasına çalışırlar. Burada da hər bir dövlətin üzərinə ciddi məsuliyyət düşür ki, siyasətlərində diqqətli olsunlar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...