"Dövlət büdcəsinin gəlirlərinin artması..." - DEPUTAT AÇIQLADI

"2022-ci ilin dörd ayındakı makro-iqtisadi göstəricilər və beş aylıq fiksal göstəricilər, həm də dünya bazarlarında neftin qiymətinin nəzərdə tutulduğundan iki dəfədən çox artması dövlət büdcəsinə yenidən baxılmasını zəruri etmişdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, yenidən baxılmış dövlət büdcəsinin gəlirləri 2382,0 milyon manat artırılaraq 29198, 2 milyon manat , xərcləri isə 2425,0 milyon manat artıralaraq 32304,0 manat təsdiq olunmuşdur: "Cənab Prezidentin fərmanı ilə təsdiq olunmuş yenidən baxılmış 2022-ci ilin dövlət büdcəsi qalib ölkənin büdcəsidir və müstqillik illərimizdə manatla ifadədədə ən böyük həcmli dövlət büdcəsidir.

Yenidən baxılıb təsdiq olunmuş dövlət büdcəsində artımın əsas hissəsi, yəni 1447,0 milyon manat vəsaiti işğaldan azad olunmuş ərazilərdə və digər rayonlarda yol-infrastrukturunun yenidən qurulması üçün nəzərdə tutulmuşdur".

Deputat sözlərinə belə davam edib: "Bu gün işğaldan azad olunmuş ərazilərdə yenidən qurma və bərpa işləri geniş vüsət almışdır. Bu ərazilərdə hər tərəf yenidən tikilir. Dövlət büdcəsinin gəlirlərinin artması görəcəyimiz işlərin həcminin daha genişləndirilmsinə imkan verir.

Ölkə başçısının rəhbərliyi altında aparılan sosial-iqtisadi kursunun uğurları ölkəmizdə qeyri-neft sektorunun formalaşmasına yol açmışdır. Bu gün dövlət büdcəsinin əsas hissəsi də qeyri-neft sektoru üzərində formalaşır. İşğaldan azad olunmuş ərazilərin yenidən dövriyyəyə buraxılması, bu ərazilərdə yeni istehsal sahələrin qurulması gələcəkdə ölkə iqtisadiyyatını daha da gücləndirəcək. Cənab Prezidentin müvafiq fərmanı ilə yenidən baxılmış dövlət büdcəsinin qüvvəyə minməsi nəzərdə tutulan meqalayihələrin icrasına və əhalinin sosial rifahının daha yaxşılaşmasına xidmət edəcəkdir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...