YAP Yasamal rayon təşkilatı Qurban bayramı münasibətilə aksiyanı davam edir FOTOLAR

YAP Yasamal rayon təşkilatı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin millət vəkili Elnur Allahverdiyev və Yasamal rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatlarının paylanılması aksiyası davam edir. Artıq üçüncü gündür ki, 17 saylı Yasamal üçüncü seçki dairəsi ərazisində aztəminatlı ailələri ziyarət edilib. Qurban bayramı münasibəti ilə həmin ailələrə bayram sovqatları paylanılıb. Aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər. Bu gün 100 aztəminatlı ailəyə bayram sovqatları paylanılıb. Ümumilikdə 300 aztəminatlı ailəyə bayram sovqatlarının paylanılması nəzərdə tutulur.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...