"Dünya Azərbaycanı qalib və ədaləti bərpa etmiş ölkə kimi tanıyır" - DEPUTAT AÇIQLADI

"Dünyanın hər bir guşəsində azərbaycanlılar yaşayır. İkinci dəfə qazanılmış müstəqilliyimizin ilk illərində dövlət rəhbərliyində olanlar dünyada yaşayan həmyerlilərimizi unutmuşdu. Məhz xaricdə yaşayan həmyerlilərimizə laqeyd münasibət göstərməsindən sui-istifadə edən ermənilər uzun illər formalaşdırlmış diasporanın gücü ilə beynəlxalq arenada anti-azərbaycan fəaliyyətini aparır, dünya ictimaiyyətini yalan məlumatlara inandırmışdı. Amma 2003-ci ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının rəhbərliyinə qayıtması ölkə daxilində dövlət sütunlarını möhkəmlətdiyi kimi xaricdə yaşayan həmvətənlilərimizlə də koordinasiya olunmuş fəaliyyətin təşkilinə başlanıldı. Ulu Öndərin bütün xarici səfərlərində o ölkələrdə yaşayan həmyerlilərimizlə görüşür və onlara öz tövsiyyələrini bildirirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, nəhayət 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlıların I Qurultayında xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmlənməsini təmin etmək məqsədilə xüsusi dövlət qürumun yaradılması ideyasını irəli sürüldü və 5 iyul 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi yaradıldı: "Məhz belə dövlət qurumu yaradıldıqdan sonra dünyada yaşayan azərbaycanlılarla koordinasiya olunmuş iş aparılmağa başlandı. Ulu Öndərin əsası qoyduğu diaspor fəaliyyəti Prezident İlham Əliyev tərəfindən daha da genişləndirldi. Bu illərdə keçirilmiş Dünya Azərbaycanlıların Qurultaylarında dünya azərbaycanlıları qarşısında müəyyən vəzifələr qoyuldu, hədəflər müəyyənləşdirildi.

Müxtəlif ölkələrdə diaspor təşkilatları yaradıldı. Həmin təşkilatlara həmyerlilərimiz dəvət olunaraq təşkilatlanmış iş aparılmağa başlandı. Məhz Leyla xanım Əliyevanın rəhbərliyi altında diaspor təşkilatlarımız müxtəlif ölkələrdə çoxlu tədbirlər keçirdi. Dünyaya Azərbaycanın həqiqətlərini tanıdıldı. Deyə bilərik ermənilərin lobbi fəaliyyətini nokaut vəziyyətinə salındı və dünya erməninin iç üzünü tanımağa başladı. Təbii ki, bizə erməninin işğalçı və vandalist üç üzünü tanıtmaq vacib idi".

Deputat sözlərinə belə davam edib: "44 günlük Vətən müharibəsi zamanı da diasporalarımız tərəfindən bir çox ölkələrdə tədbirlər təşkil edilmiş, müharibənin aparılması uzun illər pozulmuş ədalətin bərpasına əsaslandığını dünya ictimaiyyətinə çatdırılmışdır. Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 20 ili qeyd olunur. Bu 20 ildə dünyada yaşayan azərbaycanlıların arasında milli birlik və həmrəylik yardaılaraq beynəlxalq informasiya müharibəsində ermənilərin yalan informasiya maşınını sındırıldığını deyə bilərik. Artıq Azərbaycanı dünya qalib və ədaləti bərpa etmiş ölkə kimi tanıyır. Xaricdə yaşayan hər bir azərbaycanlı qalib ölkənin soydaşları olaraq başını dik tutaraq qürurla gəzir, azərbaycanlı olmağıyla fəxr edir. Təbii ki, Böyük Qləbəmizdən sonra da Diasporla İş üzrə Dövlət Komitəsinin qarşısında yeni vəzifələr qoyulmuşdur. İnanıram ki, bundan sonra da müstəqil Azərbaycan dövlətinin milli maraqlarına uyğun olaraq azərbaycanlıların lobbiçilik fəaliyyəti təşkilatlanmış şəkildə daha geniş davam etdiriləcək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə