"Dövlət başçılarının görüşü münasibətlərin inkişafına kömək edəcək" - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aşqabadda Rusiya Prezidenti Vladimir Putin ilə görüşdü. Bu görüş çox ciddi bir görüşdür". Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Kərimli deyib.
Onun sözlərinə görə, Xəzəryanı dövlətlərin arasında Rusiya ən böyüyü və təsirlisidir: "Vladimir Putin cənab İlham Əliyev ilə görüşməyi çox yüksək qiymətləndirdi. Eyni zamanda Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsini artmasını qeyd edərək bildirdi ki, Rusiyanın digər rütbəli şəxsləri Azərbaycana səfər edəcəklər. Rusiya Azərbaycan ilə münasibətlərə xüsusi əhəmiyyət verir.
Dövlət başçılarının bu cür görüşləri Azərbaycanın milli maraqlarına, o cümlədən Qarabağ məsələsinin sonadək ədalətli şəkildə həllinə kömək edəcək. Prezident İlham Əliyev də verdiyi dəyərə görə Rusiya Prezidentinə təşəkkür etdi və Azərbaycan-Rusiya münasibətlərini yüksək qiymətləndirdi. Dövlətlərarası münasibətlərdə mənafe olur, sevgi yox. Hazırda Azərbaycan birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü müdafiə edir, ona humanitar kömək edir. Eyni zamanda Rusiya ilə də münasibətləri pozmur. Hesab edirəm ki, dövlət başçılarının bu cür görüşü Rusiya-Azərbaycan münasibətlərinin inkişafına, xalqlarımızın bir-birinə ehtiram və hörmətlə yanaşmasına kömək edəcək".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB