Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin müdrik xarici siyasətində Xəzər dənizinin sülh və əmin-amanlıq dənizinə çevrilməsi, burada qoşu ölkələrin dostluq münasibətlərinin möhkəmlənməsi həmişə önəmli məsələ olmuşdur. Buna görə də iyunun 22-də Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında ölkəmizin başçısının iştirakı və dərin məzmunlu çıxışı bir daha göstərdi ki, Xəzər dənizinin sülh və inkişaf məkanına çevrilməsi istiqamətində fəaliyyəti daha böyük əhəmiyyət kəsb edir. .
Məhz cənab Prezidentimiz İlham Əliyevin bu möhtəşəm tədbirdəki çıxışında bir şox vacib məsələlərə toxunub. Belə ki, Azərbaycanın Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinə böyük əhəmiyət verdiyi açıq şəkildə ifadə edilib.Vurğulanıb ki, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi Xəzəryanı dövlətlərin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq. Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasının möhkəmlənməsi nəticəsində bölgədə təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətləri təmin edən amillərdən bəhs olunarkən qeyd olunmuşdur ki, Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Xəzər dənizin strateji əhəmiyyət daşıdığı bildirilərək qeyd olunmuşdur ki, Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Məhz qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, və burada əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas inkişaf istiqamtləridir.
Möhtərəm Prezidentimiz Azərbaycanın Xəzər hövzəsində nəqliyyat və loqistika sahəsində özünəməxşuş yer tutduğumuzu xüsusi qeyd etmişdir. Bildirmişdir ki, "Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq".
Bir sözlə, bu gün Azərbaycan Xəzəryanı dövlətlərin loqistika mərkəzinə çevrilmişdir.
Səfa Ağayev
YAP İmişli rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB