"Ukrayna-Rusiya müharibəsinin çox həssas bir mərhələsi yaşanır" - POLİTOLOQ AÇIQLADI

"Ukrayna-Rusiya müharibəsinin çox həssas bir mərhələsi yaşanır" - POLİTOLOQ AÇIQLADI

"Ukrayna-Rusiya müharibəsinin çox həssas bir mərhələsi yaşanır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.

Onun szölərinə görə, Rusiya tərəfindən Liçansk şəhərini ələ keçirməsi və Luqansk vilayətinə nəzarəti ələ keçirməsi Ukrayna üçün ağır itkidir: "Digər tərəfdən Ukrayna tərəfi bəyan edib ki, bu işğalla razı olmayacaq, müharibəni davam etdirəcək. Hazırda döyüşlər Kromotorsk istiqamətində gedəcək. Bu da Donetsk viyalətinin ərazisində yerləşən şəhərlərdir. Rusiyanım hədəfi Donetsk vilayətini də ələ keçirməkdir. Təəssüflər olsun ki, bu fondda sülhdən söz açıla bilməz. Heç bir tərəf hələ sülhə hazır deyil. Qərb tərəfi Ukraynaya dəstəyin verilməsində israrlıdır. Bu da müharibənin yeni mərhələyə başlaması deməkdir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə