“Münaqişənin nəticəsinin qalıqları hələ də qalmaqdadır” - DEPUTAT DANIŞDI

“Münaqişənin nəticəsinin qalıqları hələ də qalmaqdadır” - DEPUTAT DANIŞDI

“Cənubi Qafqazda xalqımıza qarşı 200 il ərzində saysız-hesabsız soyqırımlar, təcavüzlər törədib”. SİA-nın verdiyi məlumata görə, bu sözləri "İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi" üzrə aparılmış araşdırmanın və onun nəticələrini əks etdirən kitabın təqdimatı zamanı Qərbi Azərbaycan İcmasının sədri, “Qərbi Azərbaycan yaddaşı” layihəsinin ideya müəllifi, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

Onun sözlərinə görə, həmin dövrdə biz problemimizi dünyaya çatdıra bilmədik: “Çünki həmin dövrdə Qarabağ münaqişəsi başlanmışdı. Bu illər ərzində Qərbi Azərbaycan uğrunda mübarizəmiz Qarabağ uğrunda mübarizəmizin tərkib hissəsinə keçdi. Bildiyimiz kimi artıq bu gün Qarabağ münaqişəsi bitib. Amma bu münaqişənin nəticəsinin qalıqları hələ də qalmaqdadır”.

Bütün xəbərlər Facebook səhifəmizdə