“İrəvanın Təpəbaşı məhəlləsindəki abidələrin bazası yaradılıb” - SƏBUHİ HÜSEYNOV

“İrəvanın Təpəbaşı məhəlləsindəki abidələrin bazası yaradılıb” - SƏBUHİ HÜSEYNOV

“İrəvanın Təpəbaşı məhəlləsindəki abidələrin bazası yaradılıb”. SİA-nın verdiyi məlumata görə, bu sözləri “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” üzrə araşdırmanın müəllifi, tədqiqatçı, tarixçi Səbuhi Hüseynov deyib.

Onun sözlərinə görə, materialların hazırlanmasında Azərbaycanın Milli Arxivində, ölkəmizin Dövlət Tarix Arxivində, Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının Nadir Əlyazmalar Kolleksiyasında, Türkiyə Respublikasındakı Osmanlı Arxivində, Rusiya Federasiyasının Dövlət Arxivində saxlanılan sənədlərdən istifadə olunub və üçüncü dövlətlərin arxivlərində saxlanılan Ermənistan Arxivindən götürülmüş mikrofilmlər tədqiqata cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə