YAP Yasamal rayon təşkilatının əməkdaşları şəhidin ailəsini ziyarət edib FOTOLAR
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi çavuş Müslümov Elşən Habil oğlunun ailəsi ziyarət olunub, şəhidin övladına hədiyyələr təqdim edilib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev 44 günlük Vətən müharibəsində yüzlərlə gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib.
Şəhidin ailəsi göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən çavuş Müslümov Elşən Habil oğlu ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Zümrüd
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB