"VI sammitinin keçirilməsinin strateji əhəmiyyəti olduqca vacibdir" - POLİTOLOQ AÇIQLADI

"VI sammitinin keçirilməsinin strateji əhəmiyyəti olduqca vacibdir" - POLİTOLOQ AÇIQLADI

“Xəzəryanı ölkələrin dövlət başçılarının VI sammiti mühüm əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, Xəzəryanı ölkələrin Xəzər dənizinin təbii sərvətləri ilə bağlı ortaq addımlar atması, eyni zamanda hər bir ölkənin Xəzər dənizinin öz sərhəddinə düşən hissəsində axtarış, tətqiqat və geoloji araşdırmalar aparmaq hüquqlarının da tam təsbit olunması və tanınması baxımından vacib bir görüş idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində bir-biri ilə geopolitik və siyasi mənada münasibətləri yaxşı olan ölkələrin başçıları iştirak edirlər: “Hesab edirəm ki, sonuncu sammitin də böyük əhəmiyyəti var. Bu sammitdə Xəzər dənizinin ortaq fəaliyyəti, eyni zamanda Xəzər dənizindən gələcəkdə təbii sərvətlərin ədalətli şəkildə bölüşdürülməsi ilə bağlı razılıqlar əldə edildi. Ümumilikdə Xəzər dənizi bu regionda çox mühüm sabitləşdirici rola malikdir. Daha əvvəl də Azərbaycanla Türkmənistan arasında Xəzər dənizindəki dostluq yatağının işlənməsi ilə bağlı ortaq razılıq əldə edilmişdi. Sonra isə Aşqabaddakı İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında Azərbaycanla Türkmənistan arasında İranın da iqtisadi inkişafına mühüm töhfələr verən bir Aşqabad sazişi imzalanmışdı. Bu sazişlərdən sonra növbəti dəfə Aşqabadda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının VI sammitinin keçirilməsinin strateji əhəmiyyəti olduqca vacibdir. Düşünürəm ki, gələcəkdə Xəzər dənizində ortaq layihələrin həyata keçirilməsi baxımından mühüm razılaşmalar əldə edildi. Bütünlükdə postpandemiya dönəmində Xəzər dənizinin ehtiyyatlarından səmərəli stifadə edilməsi, Xəzər dənizinin ekomühitinin qorunması Xəzəryanı ölkələrin ortaq məsuliyyətidir. Bu sammitdə də bununla bağlı məsələlərə toxunub”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə