"Tərəflərin sülh haqqında danışması qeyri-mümkündür" - POLİTOLOQ BİLDİRDİ

"Tərəflərin sülh haqqında danışması qeyri-mümkündür" - POLİTOLOQ BİLDİRDİ

“Rusiya və Ukrayna arasında davam edən müharibə yaxın perspektivdə sülh müqaviləsinin bağlanmasını özündə əks etdirmir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, Rusiya yenidən Ukraynaya şərtlər irəli sürür: “Bu şərtlər Ukrayna üçün qəbuledilməzdir. Rusiya çalışır ki, indiki status-kvo ilə atəşə nail olsun. Əlbəttə ki, Ukrayna bunu qəbul etməyəcək. Digər bir məsələ isə odur ki, Ukrayna silahlı qüvvələrinin komplekləşdirilməsi, NATO-nun silahlarının verilməsi prosesləri həyata keçirilir. Demək olar ki, Xerson istiqamətində Ukrayna qüvvələri irəlilyir. Donbas istiqamətində müəyyən çətinliklərə uğrasa da Xarkov və Xersonda rus qüvvələri üzərində üstünlüyü ələ alırlar. Xüsusilə ABŞ və Böyük Britaniyanın verdiyi uzaqmənzilli artilleriya və raket sistemləri hesabına Rusiya tərəfindən ciddi itkilər yaşanır. Ukraynanın əks-hücuma keçməsi müharibənin 2-ci fazaya daxil olmasına səbəb olur. Rusiya silahlı qüvvələrinin ağır məğlubiyyətindən sonra Rusiya danışıqlar prosesinə razılaşa bilər. Amma hazırda tərəflərin sülh haqqında danışması qeyri-mümkündür. Ukrayna çalışır ki, təşəbbüsü ələ alsın. Ukrayna danışıqlar məsələsində maraqlıdır. Tərəflər çox ağır sarsıdıcı müharibə aparırlar. Rusiya Ukrayna şəhərlərini raketlərlə bomba atəşinə tutur. Həmçinin Ukrayna da Rusiya bölgələrinə artileriyya ilə hücum edir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə