ABŞ və Azərbaycan arasında münasibətlər inkişaf edir

ABŞ-ın Müstəqillik Günü münasibətilə Bakıda keçirilən tədbirdə bir çox rəsmiləri görməkdən çox məmnunam. Hesab edirəm ki, bu tədbir sayəsində dostlarımızla münasibətlərimizi daha da inkişaf etdirmək imkanımız olacaq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger ölkəsinin Müstəqillik Günü ilə əlaqədar Bakıda keçirilən rəsmi qəbuldan sonra jurnalistlərə açıqlamasında söyləyib.

“Ölkələrimiz arasında münasibətlər inkişaf edir. Bunu iki ölkənin yüksək rütbəli rəsmilərinin fəaliyyətləri də göstərir. Əminəm ki, bundan sonra da münasibətlərimizi inkişaf etdirəcək, həm Azərbaycanın, həm də regionun üzləşdiyi problemlərin və çağırışların öhdəsindən gələ biləcəyik”, - deyə səfir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...