Lerikdə gənclər üçün sərgi təşkil olunub FOTOLAR

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyi təşkilatçılığı YAP Lerik rayon təşkilatı, Lerik rayon Gənclər və İdman İdarəsi, Lerik rayon Heydər Əliyev Mərkəzi və Lerik Dövlət Rəsm Qalereyasının dəstəyi ilə “Şuşa İli”nə həsr olunmuş istedadlı gənclərimiz üçün sərgi təşkil olunub.

Sərgidə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon Gənclər və İdman İdarəsinin müdri Natiq İsaqov, Lerik Dövlət Rəsm Qalereyası müdri,şəhid atası Mükafat Yaqubov,və digər idarə, müəssisə, təşkilat rəhbərləri, iştirak etmişlər.Sərgidə 10-dan çox gəncin 100-ə yaxın əl işləri rayon ictimaiyyəti üçün nümayiş etdirilib. Sərginin keçirilməsində məqsəd rayonda olan gənc istedadların üzə çıxarılması və ictimaiyyətə tanıdılmasından ibarətdir.Sonda gənclər sertifikat və hədiyyələrlə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...