Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri siyasətinin bərpa-quruculuq işlərində əhəmiyyətli yerə malikdir ŞƏRH

Azərbaycan Respublikasında hər bir quruculuq işində, yenidənqurma və bərpa işlərinin bütün sahələrində biz ulu öndər Heydər Əliyevin fəaliyyəti sayəsində formalaşmış tarixi ənənənin davamını, bu sahədəki varisliyin bariz nümunəsini görürük. Bu gün Azərbaycanın nəinki siyasətində, istənilən sahəsində görülən dinamika ulu öndər Heydər Əliyev irsinə sadiqlik nümunəsidir. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin, səmərəli və gələcəkyönümlü fəaliyyəti, dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsində, gənc dövlətimizin dünya miqyasında tanıdılmasındakı müstəsna xidmətləri Azərbaycan Respublikasını sürətlə inteqrasiyaya, siyasi sabitliyə və potensiyasının dünya miqyasında tanıdılmasına, öndərlik və liderliyi ələ almasında mühüm rol oyanyır. Dövlət başçısının ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməsi, inflyasiya, böhran və müharibə yaşayan dünyamızda ölkəsini, millətini düşünərək addım atması onun bacarığından xəbər verir. Bu dəyərli siyasi və insani xüsusiyyətləri ilə sevilən İlham Əliyevin tez-tez dünya miqyaslı tribunalardakı çıxışı, mühüm toplantı və forumlardakı iştirakı, qlobal və modern dünya problemlərinə yanaşması və dayanqılı inkişafdakı rolu danılmazdır və dünya ölkələri tərəfindən qiymətləndirilməlidir. Məhz bu kontekstən məsələyə yanaşsaq qeyd etməliyik ki, torpaqlarımız düşmən tapdağında azad olunduqdan sonra Qarabağda eləcə də, Şərqi Zəngəzurda bərpa-quruculuq işləri tam sürətlə həyata keçirilir. Bütün bunlar heç şübhəsiz xalqımızın milli maraqları fonunda dayanıqlı inkişaf prinsiplərinə söykənir.

44 günlük Vətən müharibəsinin bitməsindən ötən müddət ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yenidənqurma işlərinin yeni innovativ texnologiyalara əsaslanaraq aparılması, ərazilərdə müasir şəhərsalma planlaşdırılmasının həyata keçirilməsi, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi Qarabağ və Şərqi Zəngəzurun çox tezliklə ən müasir rayon və şəhərlərinə çevriləcəyinə təminat verir. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura etdiyi bütün səfərlər və bu səfər çərçivəsində rayon ictimaiyyəti ilə keçirdiyi görüşlər, təməlqoyma mərasimlərində iştirak etdiyi layihələr dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı daha da möhkəmləndirib.

Bununla bağlı cari ilin iyun ayının 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasındakı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı çox böyük əhəmiyyətə malikdir. Məhz, bu səpkidə Cənab Prezident İlham Əliyev bildirmişdir: “Ümumilikdə, yenidənqurma prosesində bizim hədəfimiz keyfiyyət və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması prioritetlərimiz sırasında olacaq. Məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır. Hesab edirik ki, Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir. Azərbaycan bu sahədə nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək. Bununla yanaşı, azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək bizim üçün mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək”.

Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ümumdünya Şəhər Forumu kimi mühüm beynəlxalq patformada Azərbaycan həqiqətlərinin düynaya çatdırılması, regiondakı mövcud reallıqlar və burda vətənimizin üstün mövqeyi, eləcədə də, Qarabağ və Şərqi Zəngəzurda tam sürətlə gedən bərpa-quruculuq işləri haqqında fikir bildirməsi və dünya ölkələrinin bu prosesləri alqışlamaları qloballaşan dünyada qabaqcıl ölkələrin sırasında ilk yerlərdə mövqe tutmağımızdan xəbər verir.

Elnarə Mustafayeva

YAP Yasamal rayon təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...