"Ermənistan hakimiyyəti sülhdən qorxduğunu nümayiş etdirir" - POLİTOLOQ DANIŞDI

"Ermənistan hakimiyyəti sülhdən qorxduğunu nümayiş etdirir" - POLİTOLOQ DANIŞDI

“Təəssüflər olsun ki, Ermənistan dövləti hələ də təxribatçı niyyətlərindən əl çəkmir. Bu ölkə sanki ənənəvi xislətinə uyğun olaraq sülhdən yenə də qorxur. Nə qədər qəribə səslənsə də Ermənistan hakimiyyəti sülhdən qorxduğunu nümayiş etdirir. Çünki bir ölkə öz xalqının, dövlətinin rifahı naminə sülh şəraitinin, təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşmasına maraqlı olmalıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Politoloq Ceyhun Əhmədli bildirib.

Onun sözlərinə görə, Ermənistanın əvvəlki iqtidarı da əvvəlki dövrlərdə olduğu kimi sülh şəraitinin yaranmaması üçün əlindən gələni edir: “Son vaxtlar Azərbaycan-Ermənistan sərhəddində qarşı tərəfin hərbi təxribatları ilə müşayiət olunan bəzi hadisələr baş verməkdədir və bu hadisələr onu göstərir ki, Ermənistan dövləti müxtəlif provakotiv fəaliyyəti ilə sülh prosesini sabotaj etməyə çalışır. Məqsəd ondan ibarətdir ki, danışıqlar prosesinə kölgə düşsün, danışıqların predməti və gündəliyi dəyişsin və münaqişə vəziyyəti olduğu kimi qalsın. Bu həm də ondan irəli gəlir ki, Ermənistan hakimiyyəti özü müstəqil deyil.

Əgər Ermənistan höküməti erməni xalqının maraqlarını və iradəsini ifadə etsəydi bu gün bu ölkə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyərdi. Amma görünən reallıq ondan ibarətdir ki, Ermənistan hakimiyyəti xaricdəki havadarlarının diqtəsi ilə hərəkət edir və onların aləti rolunda çıxış etməkdən çəkinmir. Əgər belə olmasaydı qeyd etdiyim kimi Ermənistan hakimiyyəti erməni xalqının maraqlarına uygun hərəkət edərdi və münasibətlərin normallaşması prsesinə töhfə verərdi. Aydın məsələdir ki, xaricdəki bəzi siyasi mərkəzlər regionda sülh şəraitinin yox konflikt şəraitinin qalmasına maraqlıdırlar. Onlar öz maraqlarını regiona təsir edərək bu və ya digər şəkildə reallaşdırmağa çalışırlar".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə