"Bu dəfəki zərbə çox ağır olacaq” - HƏRBİ EKSPERT AÇIQLADI

"Ermənistan tərəfi heç vaxt beynəlxalq hüquq normalarına əməl etməyib, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu öz qanı, canı bahasına torpaqlarımızı işğaldan azad etdi: "Ermənistan hər zaman riyakarlıq edib. Onlarla biz qonşuluq etməyə məcbur olsaq da, əlimizdən çomağı yerə qoymamalıyıq. Onların başının üstündə həmişə Azərbaycanın dəmir yumruğu olmalıdır. Başqa cür onlar razılaşma əldə etməyəcəklər. Onlar Çar Rusiyası, SSRİ-nin dövründə də hər zaman Azərbaycana qarşı işğalçılıq, təcavüz niyyətində olublar. Ona görə də biz heç vaxt ermənilərin bizə qarşı törətdikləri vəhşilikləri unuda bilmərik. Xalqımız, ordumuz, dövlətimiz hər zaman hazırlıqlı olmalıdır. Ermənistan tərəfi hələ də təxribatçı əməllərindən əl çəkmir. Əgər, bu təxribatlar davam etsə, bu dəfəki zərbə çox ağır olacaq”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə