“Rusiya-Ukrayna müharibəsi gərgin fonda davam edir. Bizim daha öncəki proqnozlarımızda da qeyd etdiyimiz kimi yaxın müddət ərzində bu problemin həll olunması real görünmür”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Onun sözlərinə görə, bu gün Ukraynaya dəstək olanlar eyni zamanda onu təşviq edənlər müharibənin tezliklə bitməsini istəmir: “Rusiya uzan və yaxın hədəflərinin heç birinə nail olmayıb. Ən azı yaxın hədəflərindən biri Dombas və Luqansk ərazisinə nəzarət etmək məsələsidir ki, Rusiya aylar ərzində istədiyi hər hansısa bir irəliləyişə nail olmayıb. Bu baxımdan hazırda münaqişədə son durum gərgin və stabil olaraq qalır. Həmçinin bu münaqişənin gələn ilin ortalarına qədər sonlanmağı qeyri-mümkün görünür. Bütövlükdə Rusiya-Ukrayna müharibəsinin aktiv döyüş bazası dayansa belə iki ölkə arasındakı post-müharibə dövrünün qalmaqalları hələ uzun müddət davam edəcək. Buna görə də Rusiya-Ukrayna müharibəsi daha sonra dondurulmuş münaqişəyə çevriləcək və daim partlayış ehtimalı olan eyni zamanda gərginlik fazasının yüksəlmə ehtimalı olan bir müharibə vəziyyətinə gəlib çıxacaq. Bu baxımdan Rusiya-Ukrayna müharibəsi bütün dünyaya təsir göstərən iqtisadi kataklizmlərin hələ gələcəkdə olacağını düşünürəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB