"Azərbaycan özünün işğalçıdan fərqini ortaya qoyur" - DEPUTAT AÇIQLADI

"Şərqi Zəngəzur, xüsusən, Kəlbəcər və Laçın təbii coğrafi mövqeyinə görə tarixin heç bir dövründə potensialını tam reallaşdıra bilməyib. Maksimum heyvandarlıq, arıçılıq və bir də sovet dövründə Kəlbəcərdə "İstisu" sanatoriyasını çıxmaq şərti ilə iqtisadiyyatın digər sahələrində köklü inkişaf olmayıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bu bölgə işğaldan azad olunduqdan sonra həyata keçirilən tədbirlər isə göstərir ki, bütövlükdə Şərqi Zəngəzurun siması dəyişəcək və bu bölgə tarixin ən sürətli inkişaf dövrünə qədəm qoymaqdadır: "Təbii ki, bunun üçün, ilk növbədə, nəqliyyat infrastrukturunun formalaşdırılması vacibdir. Prezident İlham Əliyevin bölgəyə son səfərində də gördüyümüz kimi, bu sahədə köklü addımlar atılır, alternativ yollar, tunellər salınır. Bu çərçivədə atılan ən vacib addımlardan biri təbii ki, Laçın hava limanının tikintisidir. Bu ilk növbədə regionu ucqarlıq kriteriyasından çıxaracaq. İkincisi, bölgənin turizm potensialını köklü formada yaxşılaşdıracaq. Xüsusən İstisu turizm bölgəsini. Habelə, Kəlbəcər və Laçında dağ kurort turizminə təkan verəcək. Eyni zamanda, yük daşımaları üçün yeni imkanlar açılacaq. Məsələnin eyni zamanda siyasi əhəmiyyəti də var. Birincisi, belə çətin relyefdə hava limanı inşası dövlətimizin qüdrətinin və imkanlarının göstəricisidir. İkincisi, istənilən mülki hava limanı zərurət yaranarsa əlavə hərbi potensial deməkdir.

Üçüncüsü, 30 ildir, daşı daş üstünə qoymayan işğalçılardan fərqli olaraq dağların qoynunda, rentabeli şübhə doğurmayan hava limanı tikməklə Azərbaycan özünün işğalçıdan fərqini ortaya qoyur, quruculuq bərpa prosesində dövlətin və şəxsən möhtərəm Prezidentin qətiyyətini ifadə edir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...