"Təxribatların nə zaman bitəcəyi barədə dəqiq proqnoz vermək çətindir" - POLİTOLOQ DANIŞDI

“Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, guya Azərbaycan müharibəyə hazırlaşır və onları blokadada sıxırlar”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, Azərbaycan halbuki müharibəyə hazırlaşmır, sadəcə olaraq özünün müdafiə qabiliyyətini möhkəmləndirir: “Azərbaycan həmçinin Ermənistanı blokadadan çıxarmağa çalışır. Azərbaycanı müharibəyə vadar etmək istəyən ermənilərin özləridir. Erməni silahlı qüvvələri sərhədlərin müxtəlif istiqamətlərində, xüsusən də Kəlbəcər rayonunda Azərbaycanın sərhəd qoşunlarını, digər silahlı qüvvələrini daima atəşə tuturlar və sərhəd toqquşmaları yaratmaq istəyirlər. Onların məqsədi irimiqyaslı müharibə insidenti yaratmaqdır və dünyanın diqqətini bu regiona cəlb etmək istəyirlər. Düşünürəm ki, ermənilər təxribata əl atmaqla Azərbaycan dövlətini dünya ictimai rəyində, eləcə də beynəlxalq təşkilatlar qarşısında nüfuzdan salmağa çalışırlar. Bu təxribatların nə zaman bitəcəyi barədə dəqiq proqnoz qoymaq çətindir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...