“Lavrovun səfəri Rusiyanın geosiyasi mövqelərini möhkəmləndirmək siyasəti güdürdü” - POLİTOLOQ AÇIQLADI

“Rusiyanın XİN başçısı Sergey Lavrovun Cənubi Qafqaza səfəri xüsusilə Ermənistan-Azərbaycan arasında Rusiyanın vasitəçiliyini həyata keçirmək və informasiya təhlükəsizliyi sahəsində müqavilə bağlamaqla bitti. Demək olar ki, bu səfərin hər hansı bir müsbət nəticəsi olmadı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.


Onun sözlərinə görə, Lavrovun səfəri Rusiyanın regionda mövqeyinin gücləndirilməsi, Brüsselin vasitəsilə arxa fona keçirilməsinə hesablanmışdı: “Bu niyyətlə Lavrov Azərbaycana səfər etmişdir. Eləcə də səfərdə məqsəd Rusiyanın iqtisadi maraqlarını təmin etmək, Azərbaycan və Ermənistan, İran, Türkiyə üzərində ticarət əlaqələrini, yük daşımalarını həyata keçirməkdi. Azərbaycan üçün Lavrovun səfəri xüsusi əhəmiyyət kəsb etmir. Rəsmi şəkildə bəyanatlar qəbul edildi. Strateji tərəfdaşlıq haqqında fikirlər səsləndirildi. Lavrovun Şəhidlər Xiyabanına səfəri onu göstərir ki, Rusiya Azərbaycana xoş reveranslar verir. Amma düşünürəm ki, konkret olaraq Lavrovun Ermənistan səfəri ilə Azərbaycan səfəri arasındakı açıqlamalarda yerlə göy qədər fərq var.

Ermənistanda verdiyi açıqlamalarda konkret olaraq Ermənistanın mənafelərini müdafiə etmişdir, keçmiş Qarabağ məsələsini yenidən gündəmə gətirmişdir. Lavrovun bu səfərini ikili standartlardan çıxış kimi də xarakterizə etmək olar. Bu səfərdən hər hansı bir müsbət nəticə gözlənilmədi. Sadəcə olaraq Lavrov Rusiyanın geosiyasi mövqelərini möhkəmləndirmək siyasəti güdürdü”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə