"Şuşada keçirilən hər tədbir ermənilər üçün böyük bir zərbədir" - PARTİYA SƏDRİ AÇIQLADI

"Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Bu şəhər Azərbaycana və dünyaya böyük mədəniyyət xadimləri bəxş edib". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, Şuşanın erməni işğalı altında olduğu dövrdə şəhərdə heç bir iş görülmədi: "Şəhər baxımsız bir vəziyyətdə idi. Şuşa əgər, ermənilərindirsə, niyə orada heç bir iş görülməyib? Şuşa azad olunduqdan sonra Azərbaycan hakimiyyətinin diqqətində olan əsas yaşayış məntəqisidir. Bu gün Şuşa Azərbaycanın təkcə mədəniyyət paytaxtı deyil, eyni zamanda ictimai-siyasi həyatımızın mərkəzinə çevrilib. Bildiyimiz kimi, Şuşa bəyannaməsinin ildönümü ilə bağlı mühüm əhəmiyyət kəsb edən tədbirlər keçirildi. Şuşa azad olunduqdan sonra mühüm əhəmiyyətli tədbirlər keçirilirb. Hazırda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Şuşada forum keçirilir. Şuşada keçirilən hər tədbir ermənilər üçün böyük bir zərbədir. Onlar şəhərin sahibi necə olduğunu hər dəfəsində anlayar. Onlar hər dəfəsində anlayırlar ki, Şuşa Azərbaycanındır. Bu gün Şuşada bir sıra mühüm tədbirlər həyata keçirilir. Bütün dünya bir daha görür ki, Şuşa Azərbaycanın incisidir və Şuşa günü-gündən inkişaf edir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə