"Prezident çıxışında bir sıra vacib məqamlara toxundu" - POLİTOLOQ ŞƏRH ETDİ

"Prezident çıxışında bir sıra vacib məqamlara toxundu" - POLİTOLOQ ŞƏRH ETDİ

"Əvvəla onu qeyd edim ki, BMT-nin Yaşayış Məskənləri Proqramı 1976-cı ildə Kanadanın Vankuver şəhərində keçirilmiş “Yaşayış məskənləri və dayanıqlı şəhər inkişafı” üzrə birinci konfransın (I HABITAT konfransı) nəticəsi olaraq 1978-ci ildə BMT qurumu kimi yaradılıb. Bu qurum tərəfindən hər iki ildən bir sürətli urbanizasiyanın yaratdığı problemlərə həsr olunmuş Ümumdünya Şəhər Forumu keçirilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, indiyədək artıq on belə forum keçirilib və indi Polşanın Katovitse şəhərində keçirilən Ümumdünya Şəhər Forumu sayca 11-cidir: "Hal-hazırda quruma icraçı direktor olaraq xanım Maimuna Mohd Şərif rəhbərlik edir. Onu da qeyd edim ki, xanım Maimuna Mohd Şərif 2022-ci ilin martında ölkəmizdə səfərdə olub, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib və səfər çərçivəsində işğaldan azad edilmiş Ağdam şəhərində olaraq ermənilər tərəfindən xarabalığa çevrilmiş şəhəri görmək imkanı əldə edib.

Haqqında danışdığımız qurum hal-hazırda 90-dan çox ölkədə müxtəlif sahələr üzrə layihələr həyata keçirir. Bu layihələr şəhər qanunvericiliyi, torpaq və idarəçilik, şəhər planlaşdırılması, şəhər iqtisadiyyatı, şəhərlərdə əsas xidmətlər, mənzil və gecəqondu şəraitinin yaxşılaşdırılması, risklərin azaldılması və reabilitasiya məsələlərini əhatə edir. Eyni zamanda təşkilatın donorlarının dəstəyi ilə dünyanın bir sıra ölkələrində münaqişələrdən sonrakı dövrdə bərpa-quruculuq işlərinə dəstək göstərilir. Məsələn, 2009-cu ildə Şri-Lankadakı münaqişənin başa çatmasından sonra qurum 31 min ailənin dağılmış evlərinin bərpasını və 420 min köçkünün həyat şəraitini yaxşılaşdıran infrastruktur layihələrini reallaşdırıb. Oxşar fəaliyyət 2019-cu ildə İraqda da həyata keçirilib.

Hazırda ölkəmizdə şəhərsalma mövzusunda illik əsasda konfransın keçirilməsi ilə bağlı Azərbaycan ilə UN-HABITAT arasında payızda Ağdam şəhərində Konfrans keçirilməsi ilə bağlı, eləcə də azad edilmiş ərazilərimizdə şəhərsalma prosesinə bu qurumun ekspertlərinin cəlb olunması ilə bağlı danışıqlar aparılır.
Bu baxımdan da Prezident İlham Əliyevin sessiyada çıxış etməsi Azərbaycan həqiqətlərini iştirakçıların diqqətinə çatdırmaq baxımından olduqca əhəmiyyətli idi. Prezident çıxışında bir sıra vacib məqamlara toxundu. Əvvəla Azərbaycan ərazilərinin, şəhər və kəndlərin 30 il müddətində erməni işğalında qalması faktı iştirakçıların nəzərinə çatdırıldı ki, bu da Ermənistanın işğalçı dövlət olduğunu növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatıdırlması baxımdan əhəmiyyətli oldu. Prezident 30 illik işğalı zamanı ermənilərin şəhər və kəndlərimizi qəsdən dağıtdığını, mədəni və dini abidələrimizi talan etdiyini açıq mətnlə iştirakçıların nəzərinə çatdırdı.

Çıxışda ikinci vacib məqam Azərbaycanın öz gücü hesabına həyata keçirdiyi bərpa quruculuq fəaliyyəti ilə bağlı oldu. 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinmiş bir ölkənin qısa vaxt ərzində gördüyü işləri təqdim etmə baxımından bu da çox vacib idi.

Prezidentin çıxışında yer alan digər bir vacib məqam ermənilər tərəfindən ərazilərimizin minalanması ilə bağlı oldu. Daha bir vacib məqam ərazilərimizin minalanması ilə bağlı oldu. Kütləvi minalanmanın qarşımızda duran ən böyük çətinlik olduğunu və bu faktın, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngitdiyi deyən president işğal dövründə Ermənistan tərəfindən ərazilərimizdə bir milyondan artıq mina basdırıldəğı faktını da iştirakmıların nəzərinə çatdırmış oldu.

Məskunlaşma, yaşı enerji, sənaye parkları və s. haqqında məlumat verərkən president həm də fürsətdən istifadə edib Ağdamda, ərazisi 200 hektar təşkil edən Sənaye Parkının artıq fəaliyyət göstərdiyini və həmin parkın sərmayədarlara və sahibkarlara açıq olduğunu da bəyan etdi. Bu, təbii ki, investorların cəlb edilməsi baxımından əhəmiyyətli idi və faktiki olaraq president tərəfindən ayrı-ayrı dövlətlərə sərmayə qoyuluşu ilə bağlı dəvət kimi qəbul edilməlidir. Və nəhayət prezidentin çıxışındakı ən mühüm məsələlərdən biri də Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycanın müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyində olmasını bəyan etməsi oldu. Prezident növbəti dəfə sülh müqaviləsinin bölgəni sülh və əməkdaşlıq regionuna çevirə biləcəyini bəyan etdi və bununla da həm də slüh istəməyən, danışıqlar prossesindən qaçan, delimitasiya və demorkasiya işlərini ləngidən tərəfin Ermənistan olduğunu vurğulamış oldu".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə