"Paşinyan başa düşür ki, artıq çıxış yolu yoxdur" - POLİTOLOQ ŞƏRH ETDİ

"Paşinyan başa düşür ki, artıq çıxış yolu yoxdur" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistanda baş verən proseslər heç də əsassız deyil. Xüsusilə Sergey Lavrovun Bakı səfərindən sonra Ermənistan politoloqları Lavrovu xəyanətdə ittiham edirlər. İttihamın əsasında da o durur ki, Lavrov Bakıda ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyini təstiq etdi. Azərbaycan Prezidenti bunu uzun müddətdir ki, deyirdi. Birmənalı şəkildə ATƏT-in həm öz dövləti olan Rusiya XİN rəhbəri bunu təstiq etdi. İkincisi də Lavrovu ittiham edirlər ki, o niyə Şəhidlər Xiyabanına gedib?". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Rusiya XİN rəhbərinin səfəri erməniləri narahat edir: "Məsələ bununla bağlı deyil, erməni xisləti ilə bağlıdır. 4-cü əsrdən bu yana ermənilər bu və ya digər dövlətlərin içində sığınacaq tapdıqları xalqları satmaqla məşğul olub. Bunu balkanlar, farslar və türklərlə görmək mümkündür. İndi də növbə Azərbaycana və Rusiyaya çatıb. Çünki onları Azərbaycan ərazisinə yerləşdirən Rusiya olub. Bütün hallarda ermənilər öz xislətinə uyğun hərəkət edirlər".

Cümşüd Nuriyev sözlərinə belə davam edib: "Ermənistanda baş verən proseslərin əsas səbəblərindən biri rus və qərbyönümlü 5-ci kolonun arasında gedən mübarizədir. Hər iki tərəf özünün daha sadiq olduğunu həmin dövlətlərə göstərmək istəyirlər.

Rusiyayönümlü müxalifətin başında Robert Köçəryan, qərbyönümlü kolonun başında isə Nikol Paşinyan durur. Hal-hazırda hakimiyyət Nikol Paşinyandadır. Görünən odur ki, son 4 ildə Ermənistanda gedən proseslər çox məsələləri gündəmə gətirir. Azərbaycanın 44 günlük qələbəsindən sonra rusyönümlü 5-ci kolon tədricən öz erməni xislətinə uyğun olaraq qibləsini dəyişdirdi. Bu istər-istəməz Ermənistan daxilində ciddi gərginliyə səbəb olub.

Hal-hazırda Azərbaycana qarşı olan təxribatların da arxasında bu məsələlər dayanır. Paşinyan başqa adlarla bərabər, "qələm oğurusu" da çıxıb. Əgər bir adam qələm oğurlayırsa, bu adamın ciddiliyindən danışmağa dəyməz. Paşinyan başa düşür ki, artıq çıxış yolu yoxdur. Ona görə səs salır ki, Azərbaycan müharibəyə hazırlaşır. Biz müharibəyə hazırlaşmırıq. Yeni yolun çəkilişi başa çatmalıdır və gələn ay cənab Prezident Laçında bayrağımızı qaldıracaq. Bu cənab Prezident tərəfindən bir ənənədir. Həmin bayraq Xankəndi, Xocavənd və Ağdərədə də qaldırılacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə